Rusiya

Rusiyada miqrantlarla bağlı yeni qaydalar: Videoya çəkiləcək

23 Sentyabr 2024 20:16
Baxış: 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada əcnəbilərin ölkədən deportasiya prosesinin videoya çəkilməsi təklif edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu, barədə normativ hüquqi aktların layihələri portalında yerləşdirilmiş sənəddən məlum olub.

Bildirilir ki, layihə Rusiyada Federal Məhkəmə İcraçıları Xidməti (FMİX) tərəfindən hazırlanıb və icraçılara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi zamanı audio, foto, video qeydiyyat vasitələrindən istifadəni nəzərdə tutur.

"Video çəkilişi cinayət işləri və inzibati xətalar üzrə istintaq hərəkətləri zamanı, FMİX müəssisələrinin mühafizəsi zamanı, həmçinin əcnəbi vətəndaşların Rusiyadan sərhəd-keçid məntəqəsinə qədər deportasiyası zamanı həyata keçiriləcək. Prosesin bütün iştirakçıları videomüşahidə vasitələrindən istifadə barədə məlumatlandırılmalıdırlar. Qeydiyyat vasitələrilə əldə edilmiş materiallar yazıldığı gündən etibarən ən azı 30 gün saxlanılacaq. İnzibati xətaların sənədləşdirilməsi zamanı hərəkətlərin qeydə alınması halında isə saxlama müddəti ən azı altı ay olacaq", - deyə sənəddə vurğulanıb.

Xatırladaq ki, yayda Rusiyada miqrasiya sahəsində nəzarətin gücləndirilməsi ilə bağlı bir neçə qanun layihəsi qəbul edilib. Onlardan biri ölkədə qalmaq üçün qanuni əsası olmayan miqrantlar haqqında məlumatları əhatə edəcək nəzarət olunan şəxslərin reyestrinin yaradılmasıdır. Reyestrə düşənlər nəqliyyat vasitələrini idarə edə, bank xidmətlərindən istifadə edə, əmlak qeydiyyatından keçə, nikah bağlaya və poza, uşaqları uşaq bağçalarına və məktəblərə qeydiyyatdan keçirə bilməyəcəklər, həmçinin onlara daşınmaz əmlak və nəqliyyat vasitələri almaq, kredit götürmək, Rusiya ərazisində sərbəst hərəkət etmək və mövcud hesablardan ayda 30 min rubldan çox xərcləmək qadağan ediləcək. Reyestr 2025-ci ildə işə salınacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.