Gözləriniz sizə xəbərdarlıq edir - Bu əlamətlərə ciddi yanaşın
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyada 2,2 milyard insanın gözü problemlidir və bu itkilərin ən azı 80%-i müntəzəm müayinələrlə qarşısı alınabilər. Təəssüf ki, ölkəmizdə belə, hər 10 nəfərdən 4-ü göz müayinəsini belə keçmir.
Milli.Az xəbər verir ki, hər il oktyabr ayının ikinci cümə axşamı "Dünya Görmə Günü" olaraq qeyd edilir. Bu gün çərçivəsində Dünya Səhiyyə Təşkilatı (DSÖ) və Beynəlxalq Korluğu Önleme Agentliyi (IAPB) ilə birgə, göz sağlamlığında məlumatlılıq artırmaq və qarşısı alınabilən korluqla mübarizə aparmaq məqsəd qoyulur.
Göz xəstəlikləri üzrə mütəxəssis Op. Dr. Sezer Hacıağaoğlu qeyd edir ki, dünyada hər 5 saniyədə 1 nəfər görmə itirir: "Dünyada 2,2 milyard insanın gözü problemli vəziyyətdədir. Bu problemlərin ən az 80%-i müntəzəm müayinələr və müalicə ilə qarşısı alına bilər. Təəssüf ki, bu insanların ən az 1 milyardı vaxtında diaqnoz qoyulmadığı və ya lazımi tibbi xidmətlərə çata bilmədiyi üçün müalicə olunmur."
Yaş və risk faktoru
50 yaşdan yuxarı şəxslərin 20%-ində katarakt,
15%-ində isə glokom (göz təzyiqi) riski mövcuddur.
Uşaqlarda öyrənmə çətinliyi yaşayanların 60%-ində əsas səbəb görmə problemləridir.
Hər 10 nəfərdən 4-ü isə ildə bir dəfə belə göz müayinəsi keçirmir.
Dr. Hacıağaoğlu bildirir ki, bir çox göz xəstəlikləri əlamətsiz inkişaf edir: "Xüsusilə glokom kimi xəstəliklər xəlvətcə irəliləyir və aşkar olunduqda artıq qalıcı görmə itkilərinə səbəb olur. Buna görə müntəzəm müayinələr həyati əhəmiyyət daşıyır. Ani və ya bulanıq görmə itkisi, gözdə batma, qızartı, işığa həssaslıq, güclü baş ağrısı, gecə görməsində çətinlik, oxuyarkən tez yorulma kimi əlamətləri görməzdən gəlməyin. Bu, çox zaman ciddi xəstəliyin xəbərçisi ola bilər."
Dr. Hacıağaoğlu bildirir ki, hərtərəfli göz müayinəsi ən az 30 dəqiqə davam edir. Erkən diaqnoz yalnız görməyi deyil, ümumi həyat keyfiyyətini də artırır. Müayinədə aşağıdakı testlər edilməlidir:
- Görmə kəskinliyi testi
- Eynək müayinəsi
- Göz qapaqları və əzələlərinin yoxlanması
- Göz təzyiqi ölçümü
- Biomikroskopik müayinə
- Göz dibinin yoxlanması
Mütəxəssislər vurğulayır ki, xüsusilə 50 yaşdan yuxarı şəxslər və görmə problemi riski olanlar müntəzəm göz müayinələrini keçirməlidir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)
-
Dövlət Komitəsi Göy məscidin tarixi-mədəni kimliyinin təhrif edilməsinə etiraz edib
-
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - (Foto)
-
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
-
Yeni il gecəsi milyonlar qazanacaqlar - Siyahı
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)
-
Gəncədə daha bir "BakuBus" avtobusu qəzaya düşdü - (Video)
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı
-
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
-
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
-
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırıb
-
Antalyada Birinci xanım Mehriban Əliyeva və Əminə Ərdoğandan səmimi görüntülər - (Foto)
-
Məhərrəm Müzəffərov xəstəxana direktoru təyin edildi
-
Babək prospektində “BMW”nin körpüdən aşmasının anbaan videosu
-
Sabah Balakəndə qaz kəsiləcək
-
“PAYIZ ETÜDLƏRİ” adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - (Foto/Video)
-
Tehran öz dininə xəyanət edir





