Şou-biznes

Məşhur müğənni həbsxanada öldürüldü - FOTO

12 Oktyabr 2025 10:36
Baxış: 619
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Böyük Britaniyanın Lostprophets qrupunun solisti,  uşaqlara qarşı seksual xarakterli cinayətlərə görə 29 il həbs cəzasına məhkum edilmiş İan Uotkins Ueykfild həbsxanasında öldürülüb.

Milli.Az xəbər verir ki, 48 yaşlı musiqiçiyə başqa bir məhbus bıçaqla hücum edib. Qərbi Yorkşir polisi hücum nəticəsində onun öldüyünü təsdiqləyib.

Uotkins 2013-cü ildə uşağa təcavüz, 13 yaşından kiçik uşağa əxlaqsızlıq cəhdi və uşaq pornoqrafiyasının saxlanması və istehsalı da daxil olmaqla 13 seksual cinayətdə təqsirli bilinərək 29 il həbs cəzasına məhkum edilib. 2023-cü ildə Ueykfild həbsxanasında bıçaqlı silahla hücuma məruz qalmışdı. The Daily Mirror bildirir ki, musiqiçi 900 funt-sterlinq narkotik borcuna görə daha üç məhbus tərəfindən girov saxlanılıb və həbsxana əməkdaşlarının müdaxiləsindən sonra sərbəst buraxılıb.

Lostprophets 1997-ci ildə Uotkins və gitaraçı Lee Gaze tərəfindən təsis edilib. Qrup dünya üzrə təxminən 3,5 milyon nüsxə satan beş studiya albomu buraxıb. Qrupun iki treki olan "Last Train Home" və "Rooftops" Böyük Britaniya hit-paradlarının ilk 10-luğuna daxil olub. Qrup 2013-cü ildə Uotkinsin həbsindən sonra dağılıb. /Musavat.com

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.