Dünya

Tokayev türk ölkələri ilə bağlı qanunu imzaladı

24 Sentyabr 2024 00:35
Baxış: 358
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev "Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Sazişin ratifikasiyası haqqında" Qazaxıstan Respublikasının Qanununu imzalayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Akordanın mətbuat xidmətinə istinadla xəbər verir.

Bundan əvvəl, sentyabrın 13-də Qazaxıstan Senatı TDT ölkələri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişi ratifikasiya edib.

Sazişin əsas məqsədi gömrük əməliyyatlarının sürətləndirilməsi, tələb olunan sənədlərin sayının azaldılması və risklərin idarə edilməsi sistemindən istifadə etməklə nəzarət formalarının minimuma endirilməsidir.

Sənəd iştirakçı dövlətlər arasında malların və nəqliyyat vasitələrinin gömrük nəzarətinin sürətləndirilməsinə yönəlib ki, bu da beynəlxalq ticarətin inkişafına müsbət təsir göstərəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.