Ölkə

Bakıda vəzifəli şəxs sevgilisini hədələdi, cəzası…

24 Sentyabr 2024 00:36
Baxış: 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda şirkətlərin birində icraçı direktor vəzifəsində çalışan şəxs saxlanılıb.

Milli.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Cavid Vəliyevin (ad-soyad şərtidir) saxlanılmasına səbəb sevgilisini hədələməsi olub.

Belə ki, icraçı direktor vəzifəsində çalışan şəxs Ş.U. ilə 13 ildir qeyri-rəsmi münasibətdə olub. Amma qadın ondan ayrılmaq istəyib.

Təxminən bir il əvvəl qadın Cavidə ayrılmaq istədiyini deyib. Bu səbəbdən Cavid onun yaşadığı ünvana gedərək, Ş.U-nu döyərək xəsarət yetirib. Lakin qadın onu bağışlayıb və münasibətləri yenidən bərpa edilib.

Bir neçə gün əvvəl Ş.U. təqsirləndirilən şəxslə telefonla danışarkən yenidən ondan ayrılmaq istədiyini bildirib. Cavid Vəliyev zərərçəkmiş qadını hədələyib. Bu səbəbdən o, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə şikayət edib.

C.Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmə iş adamını 50 manat cərimə edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.