Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayıtdıqları iddia edilir. Bildirilir ki, bəziləri bu evlərdən yaşamaq yox, yeni gəlir mənbəyi kimi istifadə edir. Xüsusilə də işğaldan azad olunan ərazilərə kütləvi turist axınından sui-istifadə edilir.
Milli.Az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (Qaçqınkom) axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət tərəfindən verilən mənzilin başqasına kirayə verilməsi hallarına vaxtilə Bakıda da rast gəlinib.
"Əvvəllər buna nəzarət edən sahə nümayəndələri olurdu və belə hal aşkarlandıqda qarşısı alınırdı. İndi isə azad edilən ərazilərdə buna nəzarət etmək hələlik mümkün deyil. Bizim komitə olaraq işimiz insanların öz ata-baba yurdlarına qayıdışını təmin etməkdən ibarətdir. İlkin mərhələdə Bakıda yaşayış durumu çox pis olanların qayıdışı təmin olunur. Onların Bakıda digər mənzillərə sahib olmadıqları tərəfimizdən dəqiqlədirilib", - cavabda bildirilib.
Qeyd edək ki, Bakı və Bakıətrafında məcburi köçkünlər üçün salınan qəsəbələrdə vaxtaşırı reydlər keçirilir, ev verilən şəxslərin həmin mənzillərdə yaşayıb-yaşamadığı təsbit edilirdi. Dövlətin verdiyi evdə yaşamayıb, ondan qazanc məqsədilə istifadə edən və kirayə verənlər aşkarlanırdısa, həmin mənzil dərhal geri alınır, ehtiyacı olana təqdim edilirdi.
Bu təcrübənin işğaldan azad edilmiş ərazilərdə də tətbiq ediləcəyi istisna deyil.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əgər yemək tavaya yapışırsa, BUNU EDİN
-
Hansı şəxslərə kolbasa-sosis OLMAZ?
-
İnsanlar 150 ilə qədər yaşaya biləcəklər
-
Xalq artistinin oğluna yüksək vəzifə verildi
-
Sergey Lavrov istefa verib? - Rəsmi açıqlama
-
Azərbaycanda klub 1 milyon manata satışa çıxarıldı
-
Taksidə anidən Bülent Ersoy peyda olarsa... - VİDEO
-
İlə 510 milyon qazandı - Rekord
-
Valideynlərin ən çox işlətdiyi və uşaqda travma yaradan 5 cümlə
-
Dua Lipanın 3 gün davam edəcək toyundan ilk FOTOlar
-
Sobadakı inadkar yağlara son
-
Lənkəranda ağır qəza - sürücü öldü FOTO
-
Aktrisanın vəzifəli nişanlısı həbs olundu
-
Faciədən döndü - Nəfəs kəsən xilasetmə əməliyyatı - VİDEO
-
Günün qoroskopu: Bu gün sizin üçün çox asan olacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb - FOTO
-
Ölümündən 24 gün sonra atası da vəfat etdi
-
Akrobatika və aerobika gimnastikası üzrə Dünya kubokunun ikinci günü - FOTO
-
“Həyatın işini bilmək olmaz, bəlkə gələn zənginə kimi çatmadım”
-
Zorakılığa məruz qaldığı deyilən şagird və valideynləri danışdı - VİDEO
-
Bitkoin ucuzlaşıb
-
“Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO
-
Millimiz dünya çempionatının yarımfinalında
-
Azovda həlak olan kapitanın həyat yoldaşı: hər kəsi xilas etsə də... - FOTO





