Azərbaycan Xalça Muzeyində “Yolumuzu gözləyən Qarabağ” adlı anım tədbiri keçirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Xalça Muzeyində Şuşa, Laçın, Kəlbəcər və Ağdərə rayonlarının işğalı günlərinə həsr olunmuş "Yolumuzu gözləyən Qarabağ" adlı anım tədbiri keçirildi. Tədbirdən öncə muzeyin rəhbərliyi və əməkdaşları Müqəddəs Şəhidlər Xiyabanında uyuyan Qarabağ uğrunda canından keçən şəhidlərin məzarını ziyarət edərək dərin hörmət və ehtiram nümayiş etdirdilər.
Tədbirdə Dövlət Pantomima Teatrının quruluşçu rejissoru, əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda "Anadan" adlı tamaşa nümayiş olundu. Tamaşanın leytmotivi Elşad Tahirov tərəfindən muzeyə hədiyyə olunan "Bağçada güllər" xalçasının taleyindən bəhs edir.
Muzeyin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirdi ki,tədbirdə təqdim olunan, bir-birindən maraqlı çıxışları birləşdirən ümumi leytmotiv əslən azərbaycanlı, Amerika vətəndaşı Elşad Tahirov tərəfindən muzeyə hədiyyə olunan "Bağçada güllər" xalçasıdır. Bu xalça uzun illər erməni işğalçılarının əlində olmuş və Vətənə qayıtmış ilk xalça nümunəsidir."Qarabağ movzusu hamımızın yaralı yeridir, buna görə də yaradıcı insanlar, sənət adamları bu mövzuya dönə-dönə qayıdırlar. Dövlət Pantomima Teatrı ilə əməkdaşlığımız nəticəsində "Anadan" adlı tamaşa ərsəyə gəldi. Tamaşa məhz həmin "Bağçada güllər" xalçasının taleyindən bəhs edir. Xalçanın taleyi burada kədərli və çox təsiredici formada sanki ilmə-ilmə açıldı. Bütün bu nümunələr bir daha onu göstərir ki, muzeyin kolleksiyası yaradıcı insanlara təkan verərək onları öz axtarışlarında yeni-yeni yollara sövq edir" - deyə muzeyin direktoru sözlərinə əlavə etdi.
Tədbirin bədii hissəsində Qarabağ mövzusunda şeirlər, Şuşaya həsr olunmuş mahnılar ifa edildi.
Tədbirdə, həmçinin modelyer Səidə Əlizadənin "Anadan" geyim kolleksiyasının nümayişi oldu. Müəllifin "Anadan" geyim kolleksiyası Elşad Tahirov tərəfindən hədiyyə olunan "Bağçada güllər" xalçasından bəhrələnərək ərsəyə gəlib. Belə ki, kolleksiyada təqdim olunan geyimlərin üzərində sözügedən xalçanın üzərində olan qızılgüllər, həmçinin "1 yanvar 1971-ci il Sərvərə anadan əbədi yadigar ad günü hədiyyəsi" yazısı həkk olunub. Nümayiş zamanı Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Simli Kvartetinin musiqiçiləri canlı musiqi ilə müşayiət edirdi.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
XƏBƏR LENTİ
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır





