Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
XVIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan və Türkiyənin yaradıcı dialoqunun parlaq nümunəsinə çevrilən xüsusi konsert keçirilib.
Səhnədə Çukurova Dövlət Simfonik Orkestrinin və Niyazi adına Dövlət Simfonik Orkestrinin musiqiçiləri bir araya gələrək iki musiqi ənənəsinin və uzun illərə dayanan əməkdaşlıq təcrübəsinin qovuşduğu vahid kollektiv yaradıblar.
Gecənin əvvəlində Azərbaycan Milli Konservatoriyasının sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, musiqişünas Leyla Quliyeva məşhur Azərbaycan və Türkiyə musiqi kollektivlərinin tarixi, konsert iştirakçılarının yaradıcılıq irsi və proqramda yer alan əsərlər haqqında məlumat verib.
Gecənin birinci hissəsinə tanınmış türk bəstəkarı və dirijor Eray İnal rəhbərlik edib. Ferit Tüzünün "Esintiler" və "Çayda Çıra" əsərləri, eləcə də onun "Anadolu Rapsodisi" adlı müəllif əsəri səsləndirilib. Musiqi simfonik sənətə olan ortaq sevgi ilə birləşən iki mədəniyyət arasında özünəməxsus bədii körpüyə çevrilib.
İkinci hissədə dirijor pultu Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlova həvalə olunub. Onun rəhbərliyi ilə Fikrət Əmirovun "Nəsimi dastanı" əsəri və Kamil Sen-Sansın məşhur "İntroduksiya və rondo-kapriççiozo" əsəri ifa olunub.
Qeyd edilib ki, Maestro Yalçın Adıgözəlov təxminən 30 ildir ki, bu orkestr ilə sıx əməkdaşlıq edir və burada çoxsaylı yeniliklərin həyata keçirilməsinə töhfə verib. Beləliklə, bugünkü layihə təsadüfi deyil, uzun illər davam edən əməkdaşlığın ümumi nəticəsidir.
Gecənin ən yaddaqalan məqamlarından biri Sen-Sansın əsərinin ifası olub. Solist qismində Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, virtuoz skripkaçı Elvin Hoca Qəniyev çıxış edib. Son illərdə Almaniyada yaşayan və fəaliyyət göstərən sənətçi məhz bu konsertdə iştirak etmək üçün xüsusi olaraq Azərbaycana gəlib.
Elvin Hoca Qəniyevin ifasında Sen-Sansın musiqisi virtuoz texnikanın parlaqlığı ilə bədii ifadənin incəliyini özündə birləşdirib. Sürətli pasajlar, frazaların zərif plastikası və skripkanın ifadəli səsi məşhur əsərin mürəkkəbliyini və gözəlliyini ön plana çıxarıb, hər bir musiqi replikasını ayrıca səhnə obrazına çevirib.
Orkestr ilə duetdə solist yalnız virtuoz ustalığını deyil, həm də nadir ansambl duyumunu nümayiş etdirib. Onun ifası birləşmiş kollektivin genişmiqyaslı səslənməsinə üzvi şəkildə uyğunlaşmaqla yanaşı, solistin fərdi xüsusiyyətlərini - dinləyicini hər bir kaman hərəkətini izləməyə vadar edən xüsusi səhnə enerjisini qoruyub.
Lakin musiqi dialoqu bununla başa çatmayıb. Tamaşaçıların hərarətli alqışları qarşısında Elvin Hoca Qəniyev səhnəyə bis üçün qayıdaraq Fritz Kreislerin virtuoz əsəri "Çin təmburini"ni ifa edib və bir daha alətə müstəsna hakimiyyətini, eləcə də musiqiçinin fərdiliyini xüsusilə parlaq şəkildə üzə çıxaran səhnə sərbəstliyini nümayiş etdirib.
Tamaşaçılar tarix, sənətkarlıq və müasir enerjinin vahid musiqi məkanında bir araya gəldiyi bu möhtəşəm gecəyə görə musiqiçilərə minnətdarlıqlarını alqışlarla ifadə ediblər.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq





