Mədəniyyət

"Üçüncü günün adamı"nın qalasında nələr baş verdi? - FOTO

1 İyul 2017 17:45
2 Şərh     Baxış: 2 477
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nizami Kino Mərkəzində "Üçüncü günün adamı" filminin qala gecəsi olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, rejissorluğunu Babək Şirinsifətin etdiyi ekran işinin ssenari müəllifi Maqsud Qarayşa, prodüseri Müşfiq Hətəmov, quruluşçu operatoru Rafiq Quliyevdir. 

Filmdə əməkdar artist Mehriban Zəki, aktyorlar Kamran Ağabalayev, Zarina Qurbanova, Hikmət Rəhimov və başqaları rol alıblar. 

"Üçüncü günün adamı" Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Filmdə Qarabağ müharibəsindən bəhs edilir. 

Qala gecəyə ekran işinin rejissoru B.Şirinsifət qatılmayıb. Gecədə filmi izləməyə gələnlər arasında tanınmış aktyorlarımız, digər sənət adamları yer alıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.