Mədəniyyət

Ramiz Əzizbəyli üçün özəl gün

20 İyul 2016 09:10
4 Şərh     Baxış: 2 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Azərbaycan kino rejissoru və aktyoru, Azərbaycanın xalq artisti, professor, "Hacı Zeynalabdin Tağıyev" və "Qızıl Buta" mükafatları laureatı Ramiz Əzizbəylinin doğum günüdür.

Milli.Az xəbər verir ki, Ramiz Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. M.A. Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. Aktyor, rejissor. "Azərbaycanfilm" kinostudiyasında işləyir. Respublikanın xalq artistidir. 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə o, rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb. 1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissoru olduğu "Yalan" bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 1 avqust 2008-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülmüşdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.