Mədəniyyət

Vahid Əziz: "Nazlı xanım kimidir, istəyəndə gəlir"

23 Noyabr 2015 19:42
5 Şərh     Baxış: 3 973
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Heç bilməzdim daşım belə ağırdı,

Bəxtim belə biçarədir, fağırdır,

Gedəcəyəm, göylər məni çağırdı,

Daha yerdə qalmaq olmur, əzizim".

Sevilən şair Vahid Əzizin doğum günüdür. 70 -in kürəyini yerə vuran yubilyar təəssüratlarını publika.az-la bölüşüb:
 
"Gəlib 70 yaşa çatdığıma görə Allahıma şükr edirəm. Allah bir sevdiyi, bir də zəhləsi getdiyi bəndələri çox yaşadır. Sevdiklərini ona görə çox yaşadır ki, xalq onlara hörmət etsin, sevsin. Zəhləsi getdiyi bəndələri ona görə çox yaşadır ki, elədiyi pisliklərə, mərdimazarlıqlara görə, xalq onun üzünə tüpürsün. Hərdən mənə deyirlər ki, 70 yaşın var, amma çox cavan qalmısan. Bunun səbəbi var. Ömrü boyu qazandığım pulları dava-dərmana yox, kasıb-kusuba paylamışam, buna görə də, cavan qalmışam".
 
Şair yubileyini ailəsi ilə birgə qeyd edəcək. Maraqlıdır,  görəsən, doğum günündə yeni şeir də doğuldumu?
 
Aldığımız cavab belə oldu:
 
"Şeir də nazlı xanım kimidir, istəyəndə gəlir, istəməyəndə yox. Hələ ki, naz edir".
 
Qeyd edək ki, yubiley günündə AYB sədri Anardan təbrik gözləyən şair yada salınmadığı üçün onlardan inciyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.