Dünya

Ayaqlarını itirməsəydilər, bəlkə də dünya gözəlləri seçilərdilər... - FOTO

28 May 2025 13:35
Baxış: 1 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu ukraynalı qızlar gözəllik yarışmasında iştirak etsəydilər, bəlkə də dünya gözəlləri seçilərdilər".

Milli.Az xəbər verir ki, bu fikirləri təhlükəsizlik eksperti, sabiq MTN zabiti İlham İsmayıl son günlər sosial şəbəkələrdə geniş yayılmış və dərin təsir doğurmuş bir foto vasitəsilə ukraynalı qadın əsgərlərə olan ehtiramını ifadə edərkən deyib.

"Amma bu gözəllər vətəni qorumağı hər şeydən üstün bildilər. Gözəl ayaqlarını itirdilər, şəkildə gördüyünüz kimi, biri hər ikisini, üçü də bir ayağını itirib. Onların üzündəki təbəssümə, sevincə baxın. İtirdikləri gözəl ayaqları, qazandıqları Ukraynadır!

Bu qızlar ayaqsız da gözəldir. (Yadıma "Dövlət bəyin ölüsü də gözəldir" düşdü.) Ona görə də sizləri yalnız ukraynalılar deyil, bütün vicdanlı insanlar sevir. Kişilər bəzən qadınları ayaqlarının gözəlliyinə görə sevirlər, xoşlayırlar. İnanıram ki, vətən yolunda itirdiyiniz ayaqlarınıza görə sizlərin daha çox sevəni olacaq. Və yəqin ki, artıq var. Slava Ukrainı" Qeroyam Slava!", - deyə İ.İsmayıl qeyd edib.

Qeyd edək ki, fotoda ayaqlarını itirmiş dörd qadın hərbçi yer alır. Onların üzlərindəki qürurlu və nikbin baxışlar isə Ukraynanın azadlıq uğrunda apardığı mübarizənin simvoluna çevrilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.