Siyasət

"Tramp Marşrutu" Azərbaycanın və Ermənistanın Rusiyanın Cənubi Qafqazdakı monopoliyasından imtinasını simvolizə edir – Chatham House

14 Avqust 2025 22:50
Baxış: 279

"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" Ermənistan və Azərbaycanın son 35 il ərzində bölüşdüyü vahid mövqeni - "Rusiyanın onların arasındakı münaqişənin həllində monopoliyasına yol vermək istəməməsini" özündə əks etdirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu "Chatham House" analitik mərkəzinin məqaləsində deyilir.

Mütəxəssislərin fikrincə, "Tramp Marşrutu"nun (TRIPP) həyata keçirilməsi, Cənubi Qafqaz məsələlərində bölgəxarici oyunçuların iştirakından narazı olan Rusiya və İran üçün risklər yaradır. Gözlənilir ki, Moskva TRIPP təşəbbüsünə davamlı şəkildə qarşı çıxacaq - o cümlədən Azərbaycanın enerji infrastrukturuna təzyiq göstərməklə, Ermənistanın Aİ çərçivəsində ticarətinə mane olmaqla, eləcə də Rusiyadakı erməni və azərbaycanlı diasporalarına təsir göstərməklə.

Məqalədə vurğulanır ki, təşəbbüsün uğur qazanmaq şansı daha yüksək olacaq, əgər onu Türkiyə və Aİ dəstəkləsə: "TRIPP-in həyata keçirilməsi, qarşıya çıxacaq qaçılmaz çətinliklər artdıqca, impulsu qorumaq üçün həm region daxilində, həm də xaricində geniş koalisiyanın davamlı dəstəyini tələb edəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.