Avstraliyada baş verən qeyri-adi və eyni zamanda sarsıdıcı hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, "Kylie" adlı qadın altı il davam edən münasibətdən sonra ailə həyatı qurub. Gəlinin dediyinə görə, toy günü hər şey qaydasında gedib - nikah mərasimi, foto çəkilişləri, qonaqlarla əyləncəli anlar və gözəl musiqi ilə müşayiət olunan ziyafət. Lakin bu mükəmməl gün, gözlənilməz hadisə ilə yarımçıq qalıb.
Belə ki, şənliyin ortasında bəy qəfil yoxa çıxıb. Hər kəs onun harada olduğunu düşündüyü anda gəlin, Kylie, tək qaldığını və heç bir izah verilmədən bəyin mərasimi tərk etdiyini anlayıb. Ən təəccüblüsü isə budur ki, bəy nə həmin gün geri qayıdıb, nə də sonrakı günlərdə bir açıqlama verib. Toy günü yoxa çıxan kişi aylarla ortaya çıxmayıb.
"İnsanlar mənə bəyin harada olduğunu soruşanda utanırdım", - deyə Kylie bildirib.
Məsələnin əsl səbəbi isə yalnız bir neçə ay sonra üzə çıxıb. Gəlinin dediyinə görə, həyat yoldaşı, toy günü də daxil olmaqla başqa bir qadınla - özü də gəlinin əmisi qızı ilə gizli münasibət yaşayırmış. Ən qəribəsi isə odur ki, bu xəyanəti bilə-bilə toy mərasimini təxirə salmayıb və hər şeyə rəğmən, məclis təşkil edilib.
Gəlin yaşadığı emosional travmadan sonra boşanmaq qərarına gəlib. Bu çətin proses onun üçün ağır keçib, lakin zamanla özünə gəldiyini deyir. Qadın bildirib ki, artıq evlilik haqqında düşünmür və bu hadisə ona böyük bir dərs olub.
Kylie-nin hekayəsi ilk olaraq Avstraliyanın məşhur "Ben, Liam & Belle" radio verilişində səsləndirilib və az bir müddət ərzində dünya mediasında da rezonans doğurub.
Sosial şəbəkələrdə istifadəçilər hadisəyə müxtəlif reaksiyalar veriblər. Bəziləri bəyin davranışını "vicdansızlıq və qorxaqlıq" kimi dəyərləndirib, bəziləri isə gəlinin gücünü və təmkinini alqışlayıblar.
İsmayıl
Milli.Az