Mədəniyyət

"Kiyev solistləri" Qax və Şəkidə konsert verdi

29 İyul 2014 18:02
0 Şərh     Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünya şöhrətli "Kiyev solistləri" Kamera Orkestri ötən axşam Qaxda, bu gün isə Şəkidə konsert proqramı ilə çıxış edib.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, konsertin əvvəlində Qax rayon icra hakimiyytinin başısı Musa Şəkiliyev çıxış edərək qonaqları salamlayıb. Sonra Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli violençel ustası, "Kiyev Solistləri" Kamera Orkestrinin musiqi rəhbəri Dmitri Yablonski və xalq artisti, pianoçu-bəstəkar, professor Yeganə Axundova çıxış edərək Qaxda konsert verməkdən şərəf duyduqlarını bildiriblər. Daha sonra konsert proqramı təqdim olunub. Kamera musiqisi axşamında Pyotr Çaykovskinin, Antonio Vivaldinin, İohan Sebestyan Baxın və digər klassik rus və Avropa bəstəkarlarının əsərlərindən, həmçinin görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Nizami" simfoniyasından parçalar təqdim edilib.


Bu gün "Kiyev solistləri" eyni zamanda Şəkidə də konsert proqramı ilə çıxış ediblər. Yay teatrında baş tutan konsert şəhər ictimiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Konserin sonunda Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov gözəl ifaya görə musiqiçilərə təşəkkür edib və orkestrin bədii rəhbəri Dmitri Yablonskiyə və solist Janna Qandelmana qiymətli hədiyyələr təqdim olunub.

Konsert proramından sonra ukraynalı musiqiçilər Şəki Musiqi Kollecində tələbələr üçün ustad dərsləri keçiblər.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.