Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, konsertin əvvəlində Qax rayon icra hakimiyytinin başısı Musa Şəkiliyev çıxış edərək qonaqları salamlayıb. Sonra Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli violençel ustası, "Kiyev Solistləri" Kamera Orkestrinin musiqi rəhbəri Dmitri Yablonski və xalq artisti, pianoçu-bəstəkar, professor Yeganə Axundova çıxış edərək Qaxda konsert verməkdən şərəf duyduqlarını bildiriblər. Daha sonra konsert proqramı təqdim olunub. Kamera musiqisi axşamında Pyotr Çaykovskinin, Antonio Vivaldinin, İohan Sebestyan Baxın və digər klassik rus və Avropa bəstəkarlarının əsərlərindən, həmçinin görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Nizami" simfoniyasından parçalar təqdim edilib.