“Baxdım, yaxşı çəkilib” – Rasim Balayev “Alatava” haqda
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artisti Rasim Balayev "Alatava" serialı ilə bağlı yeni açıqlamalar edib.
Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi ekran işini izlədiyini və yaxşı çəkildiyini bildirib. Bu barədə o, "Zarafat bir yana" proqramında danışıb:
"Mənə bir müraciət oldu. Məndən soruşdular ki, "Alatava" filminə baxmısınız? Dedim, yox. Doğrudan da, baxmamışdım. Dedilər ki, başdan-ayağa söyüşdür. Mən də qayıtdım ki, əgər söyüşdürsə, bu yolverilməzdir, tərbiyəsizlikdir. Mən bu sözü demişəm, amma baxmayaraq. Və sonra baxdım. Yaxşı çəkilib. Orada bəzi sözlər var, onu əvəz etmək olardı. Yəni, "zibilə düşdük" deyə bilərdi, orada başqa bir qoxunun gəlməyinə nə ehtiyac var. Onunla tamaşaçı o filmin qiymətini artırmır. Onu çəkən adamlar yaxşı, çox təbii danışırlar. Yaxşı cəhətləri çoxdur. Və o sözlərlə yenə barışmıram. Xoşuma gələn tərəfləri oldu. Çox təbii, aktyorlar çox gözəl oynayır, aktual bir mövzudur. Mən onu demək istəyirdim ki, amma cavanlar başa düşmək istəmir ki, gül kimi materialınız var, niyə özünüz onu korlayırsınız. O sözlər lazım deyildi. Bu dünyada biz hamımız müvəqqətiyik. Bəzən deyirlər ki, bu qocalar cavanların qabağını alır. Mən niyə qabağını alıram. Mənim vaxtım keçib getdi. Mənim də bir dövrüm var idi, keçdi".
Aparıcı Azər Baxşəliyev həmin filmin sadəcə yutubda söyüşlə yayımlandığı bildirib və sənətçinin bir zamanlar "Bozbash pictures"i də tənqid etdiyini xatırladıb. Balayev hər bir halda söyüşü qəbul etmədiyini söyləyib:
"Hər bir vəziyyətdə o söyüşün, biədəb sözün əlehinəyəm. Mən həmişə demişəm, sizin çox layihələrə. Görürəm ki, istedadlı uşaqlardır. Amma yazı yoxdur. Özlərindən düzəldiblər. Yazıdan çox şey asılıdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





