500 illik zavod görün hansı sirrin üstünü açdı: Bakının xilaskarının təsirli hekayəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin Beyoğlu rayonunda məktəb tikintisi zamanı 30 minaatanın tapıldığı ərazinin tarixi Karaağaç Barıt Sahəsi olduğu ortaya çıxıb. Sahə Cümhuriyyətin ilk illərində Nuri Paşanın silah zavoduna da ev sahibliyi edib. Nuri Paşanın kədərli hekayəsi yenidən gündəmə gəlib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, 1890-cı ildə Bitolada anadan olan Nuri Paşa (Killiqil) 1909-cu ildə Bitola Hərbi Akademiyasını baş leytenant rütbəsi ilə bitirib. Ənvər Paşa qardaşı Nuri Paşanı Azərbaycan və Dağıstanın Osmanlıdan kömək istəməsindən sonra qurduğu Qafqaz İslam Ordusuna komandan təyin edib.
"Bakı Fatehi"
1918-ci il sentyabrın 15-də 12 min əsgərdən ibarət Qafqaz İslam Ordusu ilə Bakını xilas edən Nuri Paşa "Bakı Fatehi" kimi tanınır. "Mudros" barışıq müqaviləsi imzalandıqdan sonra Qafqaz İslam Ordusu Bakını tərk etməli olub, Nuri Paşa isə Batumidə ingilislər tərəfindən həbs edilib. O, 1919-cu il avqustun 8-də məhkəməyə çıxarılıb, oradan qafqazlıların köməyi ilə qaça bilib.
.jpg)
Müharibə sənayesinin pioneri
O, Türkiyənin "Nuri silahı" adlandırdığı ilk 9 millimetrlik silahı kütləvi şəkildə istehsal edib. Qurduğu fabrikdə top, minaatan, zenit gülləsi, eləcə də təyyarə bombaları istehsal edib. Nuri Paşa daxili müharibə sənayesinin inkişafına və ordunun atəş gücünün artırılmasına töhfə verən ilk sahibkarlardan biri olub.
.jpg)
Fabrikdə partlayış
2 mart 1949-cu ildə Nuri Paşanın İstanbulun Sütlücə bölgəsindəki barıt sahəsində yerləşən fabrikində səbəbini müəyyən etmək mümkün olmayan güclü partlayış baş verib. Partlayışda Nuri Paşa da daxil olmaqla 28 nəfər həyatını itirib. Barıt zavodunun tarixi Osmanlı dövrünə gedib çıxır. Qızıl Buynuz sahillərində yerləşən tarixi barıt zavodu II Sultan Bəyazid tərəfindən tikilib.
İstanbul Böyükşəhər Bələdiyyəsi baş katibinin müavini Mahir Polat sosial media hesabında paylaşım edərək "Təcili olaraq tikinti dayandırılmalı və tarixi Osmanlı Barıt Fabriki ərazisində arxeoloji işlərə başlanmalıdır" deyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
XƏBƏR LENTİ
-
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir





