Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaşıl bananlar daha bərk və az şirin olur. Bununla yanaşı, məhz yetişməmiş bananların qlisemik indeksi daha aşağıdır. Lakin bəzi insanlarda onların qəbulu həzm problemlərinə səbəb ola bilər.
Milli.Az xəbər verir ki, yaşıl bananları mütləq yetişməsini gözləmək lazım deyil. Onları yetişməmiş halda da yemək mümkündür. Üstəlik, bu mərhələdə bananların tərkibində sarı və yetişmiş bananlarla müqayisədə daha çox davamlı nişasta və lif, daha az şəkər olur.
Araşdırmalar yaşıl bananın, xüsusilə də ondan hazırlanan unun istifadəsini daha uzun müddət toxluq hissi ilə əlaqələndirir. Bununla yanaşı, bəzi tədqiqatlarda 2-ci tip diabet və piylənməsi olan insanlarda insulinə həssaslığın yaxşılaşması, artıq çəkili şəxslərdə iltihabın azalması, həmçinin uşaqlarda xroniki ishal və qəbizlik zamanı müəyyən faydalar müşahidə edilib.
Banan yetişdikcə nə baş verir?
Yaşıl və yetişmiş bananlar arasındakı əsas fərqlərdən biri karbohidratların tərkibi ilə bağlıdır. Banan yaşıl olduğu müddətdə onun tərkibində xeyli miqdarda davamlı nişasta qalır. Bu maddə orqanizmdə lifə bənzər şəkildə təsir göstərir və bağırsaqların sağlamlığının qorunmasına kömək edir. Banan yetişdikcə həmin nişastanın bir hissəsi şəkərə çevrilir. Buna görə də sarı banan daha yumşaq və şirin olur, yaşıl bananın tərkibində isə daha çox nişasta və lif qalır.
Məlumata görə, fərq kifayət qədər ciddi ola bilər. Məhsulun hər 100 qramında yetişməmiş bananda yetişmiş bananla müqayisədə təxminən 14 qram daha çox lif və 9,3 qram daha çox davamlı nişasta ola bilər. Şəkərin miqdarı isə əksinə, yaşıl bananda hər 100 qrama təxminən 5 qram daha azdır. Qlisemik indeks də fərqlənir. Yaşıl bananın qlisemik indeksi təxminən 30, yetişmiş bananın göstəricisi isə 51-dir.
Yaşıl bananı necə yemək olar?
Daha bərk quruluşuna və az şirin dadına görə yaşıl bananı çiy halda yemək hər kəsin xoşuna gəlməyə bilər. Buna baxmayaraq, onu nazik dilimləyərək salatlara əlavə etmək, qaynadıb kartof püresi kimi əzmək, yulaf sıyığına qatmaq, ədviyyat və soğanla qızartmaq və ya tavada bişirmək mümkündür. Bununla yanaşı, müxtəlif bişirmə üsullarının yaşıl bananın potensial faydalı xüsusiyyətlərinə necə təsir etdiyini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğu bildirilir.
Tədqiqatçılar qurudulmuş və üyüdülmüş yaşıl banandan hazırlanan unu da araşdırırlar. Məlumata görə, belə unun təxminən 74 faizi davamlı nişastadan ibarət ola bilər.
Kimlər ehtiyatlı olmalıdır?
Yaşıl banan ümumilikdə təhlükəsiz hesab olunur. Bununla belə, bəzi insanlarda mədə-bağırsaq narahatlığı və ya qəbizlik yarada bilər. Bu reaksiya xüsusilə qida rasionunda lifin miqdarının qəfil artması ilə bağlı ola bilər. Buna görə də yaşıl bananı rasiona tədricən əlavə etmək tövsiyə olunur. Lateksə allergiyası olan şəxslərin də banan yeyərkən diqqətli olması məsləhət görülür.
Buna səbəb "lateks-meyvə sindromu"dur. Bəzi zülalların oxşarlığına görə lateksə allergiyası olan insanların təxminən 30-50 faizində banana qarşı da allergik reaksiya yarana bilər. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bu həftə ən çox qazanacaq bürclər
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
XƏBƏR LENTİ
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq
-
İrana hücum üçün hər gün Trampa zəng edir
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycanda 9 gün iş olmayacaq
-
“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
-
Yasən Məmmədov vəfat etdi
-
Zelenski bu gün Danimarkaya səfər edəcək
-
Bankların kredit qərarlarında yeni qayda qüvvəyə mindi
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
-
Ayın 11-də intensiv yağış yağacaq - Proqnoz
-
BDYP sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb





