Siyasət

Paraqvay Prezidenti dövlət başçımızı təbrik edib

26 May 2024 16:03
Baxış: 659

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penya Prezident İlham Əliyevi təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə Paraqvay Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi qardaşlıq salamlarımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və firavanlıq, Paraqvay Respublikası ilə Azərbaycan Respublikasını birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin daim möhkəmlənməsini arzulayıram.

Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bir daha bəyan edirəm".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.