Xalq artisti Zərnigar Ağakişiyevanın Milli.Az-a müsahibəsi.
Dosye: Zərnigar Fəti qızı Ağakişiyeva 1945
Aktrisa 1982-ci ildə Azərbaycan SSR-in əməkdar artisti, 2000-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.
Söhbətimiz boyunca Zərnigar xanım yalnız pozitiv əhvala köklənərək həyatının, yaradıcılığının major notlarını daha həvəslə səsləndirdi, minor notlara yalnız fon rolunu ayırmaqla kifayətləndi. Amma nə səhnə, nə də ekran onun fitri istedadından kifayətlənməyib.
"O beş-on dəqiqə həyatımın ən parlaq anlarına çevrildi"
- Yaşa dolduqca əvvəllər mənə adi təəssürat kimi görünən məqamlar indi hadisə qədər əhəmiyyətli təsir bağışlayır. Məsələn, 70-ci illərin axırında turizm qrupunun tərkibində Mədəniyyət Nazirliyinin xətti ilə Avstriyaya getmişdim. İtaliyanın sərhədlərinə qədər bizi gəzdirdilər. Mosartın ev-muzeyində, kraliçanın iqamətgahında da oldum. Vyana Teatrına ekskursiyaya gedəndə nəzərdə tutulmuşdu ki, bizə əvvəl teatrın başqa hissələrini göstərsinlər, ən axırda isə səhnə ilə tanış etsinlər. Amma məni bir işıq seli elə cəlb etdi ki, qrupdan ayrılıb ona tərəf yönəldim. Lojaları görəndə başa düşdüm ki, sən demə, ora səhnə imiş. Həmin işıq seli məni cəlb edib gətirmişdi Vyana Teatrının səhnəsinin tən ortasına. Mümkün deyil ki, aktrisa olasan və səhnə, özü də belə bir teatrın səhnəsi səni cəlb etməsin.
Yay ayları olduğundan teatrın binası təmirdə idi, bizə də ekskursiya üçün az vaxt ayrılmışdı. Səhnədə üzü zala beş-on dəqiqədən çox dayanmadım. Amma o beş-on dəqiqə mənim bütün duyğularımı təlatümə gətirdi, səhnənin mənim üçün nə demək olduğunu bir daha anlatdı. Hətta ağlımdan keçdi ki, o səhnədə nəsə oxuyum, axı bir az vokalım var, o vaxt da institut repertuarımda Karmenin ariyası, Rimski-Korsakovu
O vaxt bu təəssürat mənim üçün növbəti gözəl hiss idi. Amma indi yaşımın bu vaxtında anlayıram ki, o təəssürat mənim üçün böyük qazancdı. O səfər, ümumiyyətlə, çox yaddaqalan oldu. Amma sənət adamı olduğum üçün yadımda ən silinməz iz buraxan məqam bu səhnə, qoxusu indiyə qədər yadımda olan, pəncərəsindən küçəyə baxdığım Mosartın evi, bir də rəssamlıq qabiliyyətim olduğuna görə Aylı gölü görməyim oldu. Bizə dedilər ki, ay həmişə bu gölün üzərindən, iki təpənin arasından doğduğuna görə bura Aylı göl adlanır.
Təkbaşına BAM-a və Nəcibə Məlikovanın sualı
İndi mənə hadisə qədər əhəmiyyətli görünən məqamlardan biri də BAM-a (ötən əsrin 30-cu illərindən 90-cı illərinədək keçmiş SSRİ-nin Şərqi Sibir və Uzaq Şərq ərazisində tikilən dəmiryol xətti - Baykal-Amur Magistralı - red.) səfərimizlə bağlıdır. Bir gün Azərbaycan incəsənət xadimlərinə dövlət səviyyəsində xəbər çatdı ki, BAM-da çalışan həmyerlilərimiz rusiyalı incəsənət xadimləri ilə yanaşı, azərbaycanlı incəsənət xadimlərini də görmək istəyirlər. Və bundan sonra sənət adamlarından ibarət briqadalar təşkil edilməyə başladı. Teatr Cəmiyyəti (indiki Teatr Xadimləri İttifaqı - red.) bir neçə dəfə oraya öz heyətini göndərmişdi. 84-cü ildə isə BAM-a göndərilən incəsənət xadimlərinin heyətinə "Azdrama"dan (Akademik Milli Dram Teatrı - red.) bircə məni daxil etmişdilər. Heyətimizə Anar başçılıq edirdi. Özümlə Mehdi Məmmədovun ((1918-1985), teatr rejissoru, aktyor, pedaqoq, SSRİ xalq artisti-red.) Hökumə Qurbanova ((1913-1988), teatr və kino aktrisası, SSRİ xalq artisti - red.) haqqında yazdığı kitabı götürmüşdüm ki, orada çalışan həmyerlilərimizə hədiyyə edim. BAM-ın inşasında isə azərbaycanlıları
Teatrın repertuarında Səməd Vurğunun "Vaqif" dramında Xuramanı oynayırdım. Bir haşiyəyə çıxım. Səməd Vurğun və onun "Vaqif" dramı mənim həyatımda ayrıca yer tutur. Məktəbli vaxtlarımda evdə tək olanda Molla Pənah Vaqifin ədəbiyyat müntəxəbatındakı portretindən təsirlənərək mən də başıma çalma bağlayıb pəncərənin qabağında bu dramı dönə-dönə oxumuşam. Özü də şah Qacarla Vaqifin dialoqu, çariça Tamaranın monoloqu olan hissələri dönə-dönə oxuyurdum, məsələn, Vaqiflə Xuramanın səhnələrini duyan, anlayan yaşda deyildim, ona görə o hissələri elə bir dəfə oxumuşdum, amma tarixi şəxsiyyətlərin iştirak etdikləri hissələr o qədər mənə aydın idi ki, oxumaqdan doymurdum. Səməd Vurğun indiyə qədər ən sevimli şairimdir. Təkcə mənim yox, çox insanlar üçün o, ən gözəl şairdir. Buna görə "bamçı"larla görüşdə Vaqiflə Xuramanın vida səhnəsini azərbaycanca, bir də Yeseninin "Anaya məktub"unu rusca oxudum. Birinci Yeseninin əsərini gitaranın müşayiəti altında ifa elədim. Özü də gitaraçalana tapşırdım ki, aləti elə səsləndirsin, daha doğrusu, elə ton versin ki, sanki Sibir meşələrinin, düzlərinin uzaq sədası o məktubla gəlib çatır. Şeiri də yarıreçitativ, yarıromans kimi ifa elədim. Məşqdə Rusiyadan gələn bir neçə nəfərdən eşitdim, daha doğrusu, qulağım çaldı ki, nə yaxşı səsi var, nə yaxşı oxuyur. Ümumiyyətlə, ruslar nəyisə bəyənəndə dərhal etiraf edirlər. Mənim də rusca təmiz danışmağımdan daha çox, aktyorluq, ifaçılıq bacarığımdan xoşlanırdılar.
Bundan sonra Vaqiflə Xuramanın vida səhnəsini oxudum. Bu parça azərbaycanca ifa olunmasına baxmayaraq, hamı diqqətlə qulaq asırdı, bitəndə də alqışlar heç də az olmadı. Hər iki nömrəni "bamçı"ların ovqatını nəzərə alaraq hazırlamışdım - analarından, sevgili, nişanlı və ya həyat yoldaşlarından ayrılıb ucqar bir ərazinin abadlaşdırılması işində iştirak edən bu insanlara seçdiyim poetik parçalar çox yaxın idi. Hər iki nömrəni özüm elan elədim, Səməd Vurğun və onun "Vaqif" dramı haqqında lakonik, həm də ətraflı məlumat verdim. Tərəf-müqabilim olmasa da Vaqiflə Xuramanın vida səhnəsini elə ifa elədim, elə oynadım ki, zaldakılar Vaqifi də təsəvvür elədilər. Bu da onlara çox böyük zövq vermişdi.
BAM-da üç gün qaldıq. Payız idi. Oktyabr ayı olmasına baxmayaraq, dizə qədər qar yağmışdı. Rus Dramasından Tumarkina, Mitrofanov, Opera Teatrından Fəridə Əlixanova, şairlər, yazıçılar, Qulu Əsgərov da bizim heyətdə idilər. Hələ bir görəydiniz, bizimkilər bir yana dursun, ruslar Qulu Əsgərovu necə alqışlayırdılar!
Bir neçə il sonra Vəfa (Vəfa Fətullayeva (1945-1987), teatr və kino aktrisası, əməkdar artist, H.Qurbanovanın qızı - red.) xəstəxanada yatanda onu yoluxmağa getmişdim, dəhlizdə Hökumə xanımla qarşılaşdıq. Birdən-birə məndən nə soruşsa, yaxşıdır? Rusca soruşdu ki, Zərnigar, mən necə aktrisayam? Mən də cavab verdim ki, nə danışırsız, Hökumə xanım, siz dünyamiqyaslı aktrisasınız və susdum. Heç nə demədi, mən də heç nə demədim ki, sözüm kəsərini itirməsin. Görünür, o, mənim o kitabı BAM-a aparmağımdan o vaxt xəbər tutub, bu hərəkət onun ürəyində özünə yer eləyib ki, o sualı mənə verdi...
Aktyorluğa xeyir-duasını beş yaşında Ələsgər Ələkbərovdan alıb
- "Mezozoy əhvalatı" filmində çəkiləndə bir aktyor məndən soruşdu ki, "məni tanımadın, amma mən səni gözlərindən tanıdım". Dedi ki, Ələsgər Ələkbərovla ((1910-1963), teatr və kino aktyoru, SSRİ xalq artisti - red.) sizin kəndə qastrola gələndə kənd şurasının həyətində çay süfrəsi açılmışdı, bizə yaxınlaşıb dedilər ki, bizim də artistimiz var. Sonra səni xeyli axtardılar, nəhayət, tapıb gətirdilər, başladın əl-qol jestləri ilə şeir deməyə, beş yaşın olardı onda. Sən şeiri deyib qurtarandan sonra Ələsgər Ələkbərov barmağını sənə tərəf uzadıb dedi ki, bundan nəsə çıxacaq. O aktyor bu xatirəni danışandan sonra özüm də həmin günü xatırladım. Mənim səhnəyə can atmağım elə o yaşlarımda başlamışdı. Amma bu, hələ şüuraltı həvəs idi.
Anam danışırdı ki, Pioner və Məktəblilər Evinin akt zalında hansısa tədbirdə çıxış edəndən sonra səhnədən getmək istəmirmişəm. Müəllim pərdə arxasından nə qədər çağırıb, amma mən elə dayanıb qalmışam, axırda gəlib əlimdən tutub aparıb. Sonra biz Rustov kəndindən Qubanın özünə köçdük. Ələsgər Ələkbərovun qarşısında söylədiyim Səməd Vurğunun "Doğma rəhbərə" şeirini də, auditoriya qarşısında çıxış etmək maneralarını da mənə bağça müəllimim, şair Vaqif Musanın bacısı Vəzihə Musayeva öyrətmişdi. O, sonralar rayonun ikinci katibi oldu. Qubaya köçəndə qonşuluğumuzdakı rus uşaqları ilə oynaya-oynaya rus dilini öyrənmişdim, həm başa düşürdüm, həm də danışa bilirdim. Bir gün Vəzihə müəllim anama dedi ki, Zara rus dilini bilir. Anam inanmadı. Onda müəllim məni rusca danışdırmağa başladı, mən də onun dediklərinin hamısını başa düşdüm. Ona görə məktəb yaşına çatanda anam məni Qubadakı Lermontov adına 3 nömrəli qızlar məktəbinin rus bölməsinə vermişdi. Sonralar o məktəbə oğlanları da qəbul etməyə başladılar. Məktəbdə oxuduğum vaxtlarda həm pionerlər, həm də rayon mədəniyyət evlərinin, dram dərnəyinin, rəqs ansamblının fəal üzvü olmuşam. Dram dərnəyində "Son məktub", "Bahar suları" tamaşalarını qoymuşduq.
"Ağakişiyeva" soyadı necə meydana gəlib?
- Məktəbə "Güləliyeva" soyadı ilə qəbul olunmuşdum, yəni atamın soyadı ilə, təbii ki. Güləli atamın atasının adı olub. 12 yaşım olanda bir gün atama dedim ki, sən öz babanın adını soyad olaraq götürmüsənsə, deməli, mən də öz babamın adını soyad olaraq götürməliyəm. Atamın babasının adı isə Ağakişi idi. Anam Səadət xanımın birinci həyat yoldaşı müharibədə həlak olandan sonra atamla ailə qurmuşdu və mən dünyaya gəlmişdim. Anamın isə birinci nikahdan bir oğlu da var idi. Atamın yeganə övladı olduğum üçün məni xüsusilə çox istəyirdi. Mən onsuz da ərköyün uşaq olmamışam, atamdan da heç vaxt sərt münasibət görməmişəm. Bu soyad söhbətində də gülümsəyə-gülüms
Moskva konservatoriyası
- Səkkizinci sinfi bitirəndə evdə Əzimzadəyə (Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbi - red.) qəbul olmaq istədiyimi dedim. Atamla Bakıya gəldik. Amma Əzimzadədə mənim işlərimə baxmadan, imtahan eləmədən dedilər ki, rəssamlıq qadın peşəsi deyil, yaxşısı budur, ya tibb texnikumuna qəbul olum, ya da pedaqoji texnikuma. Bu, mənə çox qəribə təsir bağışlamışdı, orada məsləhət görülən peşələrin də heç birinə həvəsim yox idi. Qubaya qayıdanda yenidən orta məktəbdə təhsilimi davam etdirmək də istəmirdim, işləmək istəyirdim. Onda anam dedi ki, Vəzihə müəllim indi rayonun ikinci katibidir, get onun yanına, de ki, işləmək istəyirəm. Mən də getdim. Amma orada məsləhət gördülər ki, işləməkdənsə, təhsilimi davam etdirsəm, yaxşıdır. Həm də elə həmin ərəfədə Moskvanın ticarət-kooperat
Orada da aşkar oldu ki, mənim rəssamlıq bacarığım boyakarlıqla bərabər, qrafikada da üzə çıxa bilir. Poliqrafiyadan imtahan verəndə naturadan portret çəkməliydik. Müəllim mənim işimi görəndə dedi ki, sən demə, istedad burada gizlənirmiş. Hətta mənə özünün dərs dediyi Poliqrafiya İnstitutuna qəbul olunmağı təklif etdi. Amma bu, məni o qədər də maraqlandırmırdı
Moskvada həyatımın incəsənətlə bağlanacağından xəbər verən daha bir əhvalat oldu - imtahanlardan sonra kursu bitirməyim haqqında sənədi almağımı gözlədiyim günlərin birində, mayın əvvəlləri idi, gəzə-gəzə gəlib çıxdım konservatoriyaya
Konservatoriya rastıma çıxan yeganə sənət ocağı deyildi. Şəhərlə tanış olmaq üçün gəzməyə çıxanda rastıma ya Şukin adına Teatr İnstitutu çıxırdı, ya da "GİTİS" (keçmiş adı - Dövlət Teatr Sənəti İnstitutu, indiki Rusiya Teatr Sənəti Akademiyası - red.
"...yanımdan keçən iki kişidən birinin o birindən..."
- İncəsənət İnstitutundan əvvəl şərqşünaslığa daxil olmaq istəyirdim. İncəsənətə sənədlərimi verəndə orta təhsilim rus dilində olduğu üçün rus bölməsinə qəbul olmaq istəyirdim. Amma rus bölməsində yer olmadığından qayıdanda sənədləri qəbul edən xanım soruşdu ki, azərbaycanlı deyilsən məgər? Ver sənədlərini Azərbaycan bölməsinə, indi azərbaycanlı aktrisalara böyük tələbat var. O vaxt İncəsənət İnstitutunun tələbələrinin fəaliyyəti Tədris Teatrında başlayırdı. Mən də orada bir çox tamaşalarda iştirak etmişəm. "Aydın"da, "Qırmızı yaylıqlı qovağım mənim", diplom tamaşam olan "Günahsız müqəssirlər"də maraqlı rollarım var idi. Tədris Teatrında qoyduğumuz "Yusif və Züleyxa" tamaşasından bir parça efirə gedəndən sonra ertəsi gün Kitab Passajı ilə gedirdim, yanımdan keçən iki kişidən birinin o birindən "axşam "Yusif və Züleyxa"nı verirdilər, baxdın?" deyə soruşduğunu eşitdim. Belə başa düşdüm ki, məni, yəni axşam efirdə gördükləri Züleyxanı tanıdıqları üçün bu söhbəti başladılar.
"...bununla mənə "daha bu teatra gəlmə" demək istəyirlər"
- Tədris Teatrında mənim, Yaşar Nurinin, bir də Pərviz Bağırovun "Azdrama"nın truppasına qəbul edilmək ehtimalımız var idi. İnstitutu bitirəndə rejissor Əşrəf Quliyev məni "Azdrama"ya dəvət etsə də, bir neçə gün oraya gedib-gəlməyimə baxmayaraq, məni kollektivə təqdim etmirdilər, mən də özümü narahat hiss edirdim. Ona görə qayıdıb gəldim Tədris Teatrına. Rejissor məni görən kimi təəccübləndi, gedib rektora xəbər verdi, rektor da məni çağırıb tənbeh elədi, dedi ki, niyə üzünə açılan qapını təpiklə vurub bağlayırsan? Dedim, gedib otururam, nə deyirlər ki, bu bizim təzə aktrisamızdır, nə də kimin dublyoru olduğumu bildirirlər, qeyri-müəyyən bir vəziyyətdəyəm. Öz-özümə də fikirləşirdim ki, mən axı kimdənsə xahiş etməmişəm ki, məni "Azdrama"ya aktrisa təyin etsinlər. Sadəcə, məni Tədris Teatrındakı tamaşalarda görüb böyük səhnəyə layiq bilmişdilər. Əşrəf Quliyev isə mənim müəllimim olmaya-olmaya, kənardan məni müşahidə edib, Tədris Teatrındakı rollarımı görüb, rəhbərliyə məsləhət bilib ki, "Azdrama"nın truppasında çıxış edə bilərəm. Amma o, məni kollektivə təqdim edə bilməzdi, təzə aktrisanı truppa üzvlərinə baş rejissor təqdim etməliydi.
Bunu mən sonralar başa düşdüm, onda isə mənə bu situasiya qəribə görünürdü. Nə isə, Tədris Teatrındakı tamaşalarda iştirak edirdim, amma "Azdrama"da hələ də qeyri-müəyyənlik idi. Elə-belə gedib-gəlirdim. Bir ildən sonra Ələsgər Məmmədoğlu xəbər gətirdi ki, adımı rol bölgüsü lövhəsində görüb. Məlum oldu ki, "Müdriklər" tamaşasında məni Mamayeva roluna təsdiq olunan Leyla Bədirbəyliyə ((1920-1999), teatr və kino aktrisası, xalq artisti - red.) dublyor veriblər. Bu, mənə çox qəribə göründü. Fikirləşdim ki, bununla mənə "daha bu teatra gəlmə" demək istəyirlər. Çünki o boyda aktrisaya dublyor təyin olunmağımı başqa cür anlaya bilmədim. Nə isə, məşq günü gəlib-çatdı, tamaşada da teatrın ən görkəmli aktyorları məşğul idilər - İsmayıl Osmanlı, Səməndər Rzayev... Leyla xanım həmin məşqə gəldi və bu gəlişi ilə bildirdi ki, mənim bu tamaşada ona dublyor təyin olunmağımı qəbul edir. Mənə dedi ki, otur yanımda, rejissor danışdıqca mən onun dediklərini qeyd edəcəm, sən də həmin qeydləri özün üçün götür. Özü də mən məşq edən günlərdə o, gəlmirdi ki, sıxılmayım. Bir gün də dedilər ki, Leyla xanım Bolqarıstana qastrola gedir, ola bilər ki, tamaşanı təhvil verməyə çatmasın. Ona görə tamaşa qaldı mənim boynumda, həm ictimai baxışı, həm premyeranı mən oynadım.
Bundan əvvəl Tədris Teatrının tamaşası olan "Aydın"da Susannanı oynayanda da "Azdrama"nın səhnəsinə çıxmışdım. Və məhz həmin tamaşadan sonra aktrisalığın mənim taleyim olduğunu anlamışdım. O vaxta qədər fikirləşirdim ki, İncəsənət İnstitutunda oxumağım sadəcə ali təhsil diplomu almaq üçün mənə lazımdır. Diplomu alıb, haradasa işə düzələrəm, doqquzda gedib, altıda qayıdaram. Amma o tamaşadan sonra əllərimdə gül dəstələri teatrdan çıxanda başa düşdüm ki, mənim yerim səhnədir. Tamaşa bitəndən sonra gur işıqların dumanında tamaşaçıların gözlərinin enerjisi məni elə tutmuşdu ki, başqa iş haqqında fikirləşməyimin səhv olduğunu anladım. Öz-özümə dedim, yox e, elə budur ki, var, səhnədə olmalıyam. "Müdriklər" tamaşasından sonra isə nəinki sənətdə, həm də "Azdrama"nın səhnəsində qalmağım həll olundu. İlk addımım həm rəhbərlik, həm də mətbuat tərəfindən yüksək qiymətləndirildi
Bu tamaşadan sonra Həsənağa Salayev Nazim Hikmətin "Şöhrət və ya unudulan adam" əsərini qoydu. O tamaşada Səfurə İbrahimovaya dublyor olaraq Qadın rolunu oynayırdım. Vakansiya olmadığına görə hələ ştata götürülməsəm də, bu tamaşa ilə qastrollara da gedirdim. İki il "Azdrama"da ştatdankənar aktrisa kimi çalışdım. Sakitcə gözləyirdim ki, vakansiya olanda məni ştata götürəcəklər.
"Üçü də eyni dərəcədə olmalıdır"
Teatra gəldiyim təzə vaxtlarda ilk dayağı İsmayıl Dağıstanlıdan ((1907-1980), teatr və kino aktyoru, SSRİ xalq artisti - red.) gördüm. Hər dəfə məni kollektivin içində görəndə deyirdi ki, bu qız istedadlıdır, ona rol vermək, bacarığından istifadə etmək lazımdır. Onunla "Vaqif", "Daşqın", "Mahnı dağlarda qaldı" tamaşalarında tərəf-müqabil idik.
Mən heç vaxt özümü gözəl-göyçək hesab eləməmişəm. Amma təbii ki, mənim teatra gəlməyim kimisə narahat eləyib, kimsə qısqanıb. Qısqanclıq, paxıllıq hissləri isə sənət aləmində mütləq olur. Amma bu, sağlam düşüncədən doğan, sağlam rəqabətə xidmət edən qibtə yox, qara, məkrli hisslər olanda ilk növbədə o qara hisslərin əsirinə çevrilən adam üçün pis olur. O biri adam üçün quyu qazıb bundan həzz alsa da. Sənət adamları, xüsusən də teatrda aktyorlar arasında hər ikisi baş verir, sağlam rəqabət aparanlar da olur, quyu qazanlar da. Çünki burada rol bölgüsü, tamaşaçı sevgisi məsələləri var. Tamaşaçı sevgisi isə faktdır. Bax, bu sevgini qazanana qədər çox müxtəlif münasibətlərlə qarşılaşmaq olar. Amma bu məhəbbəti qazanandan sonra artıq gözügötürməyənlə
Tamaşaçı tərəfindən qəbul olunmaq üçün isə gərək hansı yolu tutacağını əvvəldən biləsən. Mən, məsələn, həmişə bilirdim ki, həm fakturam, həm də sənətə gec gəldiyimə görə yaşım, həm də ən əsası dünyagörüşüm, xasiyyətim həm xarakterik, həm baş qəhrəman rollarını oynamağıma imkan verməz. Nə səhnə, nə də tamaşaçı məni qəbul etməz. Mən yalnız xarakterik rolları oynaya bilərdim. Çünki əgər baş qəhrəman rolu üçün incə-mincə və müvafiq yaşda olmaq vacib şərtlərdisə, xarakterik rollar üçün yeganə şərt müəyyən yaş dövrünə çatmaqdır. Mən hələ institutda oxuyanda bilirdim ki, lirik-romantik qadın obrazları mənlik deyil. Çünki mənim üçün məhəbbət məsələlərində ya "hə" mövcuddur, ya da "yox". Mənimdisə, bütünlüklə mənim olmalıdır. Yarımçıqlığı heç vaxt qəbul etməmişəm. Bu isə çox pis xasiyyətdir. Bağışlamağı bacarmaq lazımdır. Mən isə çox tələbkar olmuşam.
Mənim üçün ailə dəyərləri həm qarşılıqlı etibardır, həm qarşılıqlı azadlıqdır, həm də qarşılıqlı, səmimi maraqdır. Üçü də eyni dərəcədə olmalıdır. Amma mən şəxsi həyatım haqqında danışmağı sevmirəm, ona görə qayıdaq sənət söhbətlərinə. Çox şadam ki, məhz xarakterik aktrisa kimi fəaliyyət göstərmişəm. Yalnız bir dəfə "Qəribə oğlan" tamaşasında Kəmaləni oynayan Amaliya Pənahova hansısa filmin çəkilişləri ilə bağlı kinostudiyada bərk məşğul olduğundan onu əvəz eləməyi mənə həvalə etdilər. Onda mizanlarımı elə qurmuşdum ki, tamaşaçılar mənim bədən quruluşumun bu rol üçün o qədər də uyğun olmadığını qabarıq görməsinlər. Çox şadam ki, məhz xarakterik aktrisa kimi fəaliyyət göstərmişəm. Və tamaşaçı da məni elə ilk vaxtlardan qəbul edib. Bu, böyük xoşbəxtlikdir. Təbii ki, buna nail olmaq üçün aktyorun bəxtinə həm keyfiyyətli ədəbi material düşməlidir, həm də bacarıqlı rejissorlar.
"GİTİS"ə, "Romen" Qaraçı teatrına, Musiqili Teatra keçmək cəhdləri
- Mən "Azdrama"nın ştatına götürülənə qədər "Daşqın", "Mahnı dağlarda qaldı", "Gecənin sirri" və başqa tamaşalarda iştirak etdim. Həm o müddətdə, həm də daha əvvəl təhsil illərində tərəddüdlərim də az olmadı. Bu tərəddüdlər məqsədimin, həvəsimin yox, vəziyyətimin qeyri-müəyyənliy
Üçüncü, ya dördüncü kursda olanda hansı teatrda çalışacağım müəyyənləşmədiyi
Tətil vaxtı da təqaüdümü üçgünlük, bir həftəlik Moskvanı gedib gəzib qayıtmağa sərf edirdim. Moskvanın ab-havası ürəyimə yatırdı. Ona görə məhz oraya köçməyə can atırdım. Amma alınmadı, ona görə Bakıya qayıtmalı oldum. Qalmışdım Tədris Teatrı ilə "Azdrama"nın arasında. Artıq sıxılırdım, fikirləşirdim ki, Tədris Teatrına gənc aktyorlar gəlirlər, mən isə onsuz da bu sahəyə gec üz tutmuşam, bir azdan onların arasında lap qəribə görünəcəm. Bizim kursun rəhbəri Əliheydər Ələkbərov həm də "Azdrama"nın direktoru idi. Sonra kursumuzun rəhbəri Azər Paşa Nemət oldu. Bir gün heç kimə demədən "Muzkomediya"ya (Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrı, indiki Musiqili Teatr - red.), Şəmsi Bədəlbəylinin ((1911-1987), aktyor və rejissor, xalq artisti, uzun illər Musiqili Teatrın bədii rəhbəri və direktoru olub - red.) yanına getdim. Mən axı İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsinin axşam şöbəsinə daxil olmuşdum, ikinci kursda Tədris Teatrında "Aydın"da Susannanı oynayandan sonra dram və kino aktyorluğuna keçdim. Şəmsi müəllim səsimi dinlədi, ritmikamı yoxladı, dedi ki, sabahdan işə çıxa bilərəm, bir aylıq sınaq müddətindən sonra nazirliklə danışıb mənim ştat məsələmi yoluna qoyacaq. Məşqə bir az baxandan sonra evə gəldim, fikirləşdim, başa düşdüm ki, o teatrın səhnəsi məni cəlb eləmir. Nəhayət, gördüm ki, gözləməkdən heç nə çıxmır, qərara gəldim ki, baş rejissor Tofiq Kazımovun ((1923-1980), teatr rejissorluğunun korifeylərindən biri, 1964-1980-ci illərdə Akademik Milli Dram Teatrının baş rejissoru olub - red.) qəbuluna gedib mənim haqqımda nə fikirdə olduğunu öyrənim. Tofiq müəllimi hamımız çox istəyirdik. Mızıldaya-mızıld
Samirə Behbudqızı
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.