Cəmiyyət

Fərid Pərdəşünasa itki - FOTO

7 Noyabr 2025 10:30
Baxış: 656
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanda baş redaktor vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Fərid Pərdəşünas öz feysbuk hesabında paylaşım edib.

"Çox kədərlənərək bildirmək istəyirəm ki, 10 ildən çoxdur mənimlə çalışan, "Technote"un baş redaktor vəzifəsini icra edən, dostum Emil Nəcəfovu (Emil Noisy) itirdik.

Böyük bir hekayə bitdi... Hər şey üçün çox sağol.

Səni heç vaxt unutmayacağıq!

Dəfn bu gün baş tutacaq. Gəlmək istəyən yaxın dostları mənimlə əlaqə yarada bilərlər", - deyə o, qeyd edib.

Fəridin qeyd etdiyinə görə onun ölüm səbəbi "Sepsis" ehtimal olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.