“İçərişəhər” metrosunda sürət dövrü başlayır!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İçərişəhər" stansiyasının arxasında inşa ediləcək yeni dönmə kamerası Bakı Metropolitenində intervalın azaldılmasına şərait yaradacaq, lakin bu proses sərnişinlərin hərəkətinə heç bir maneə törətməyəcək.
Milli.Az xəbər verir ki, bunu Bakı Metropoliteni" QSC-nin nümayəndəsi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, işlər stansiyanın fəaliyyətinə və sərnişin təhlükəsizliyinə təsir göstərməyəcək şəkildə planlaşdırılıb:
"İşlər elə qaydada aparılacaq ki, qatarlar əvvəlki kimi "İçərişəhər" stansiyasına daxil olub sərnişinlərini daşıyacaq. Əsas məsələ tam təhlükəsiz şəraitdə infrastrukturun yenilənməsini təmin etməkdir. Bu, metro üçün çox vacib inşaat məsələsidir, çünki gələcəkdə xətlərin ayrılması ilə əlaqədar intervalın azaldılması böyük əhəmiyyət kəsb edəcək".
B. Məmmədov vurğulayıb ki, inşaat sahəsi stansiyanın qala istiqamətində deyil, əks tərəfdə yerləşəcək:
"Həmin ərazidə aparılacaq işlər qala tərəfinə gediş-gəlişə, sərnişin axınına heç bir təsir göstərməyəcək. Stansiyanın yaxınlığında insanların hərəkətinə mane olacaq heç bir məhdudiyyət planlaşdırılmır".
O əlavə edib ki, layihənin yer seçimi və texniki həlli ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir:
"Layihələndirmə mərhələsi başa çatmaq üzrədir. İstifadə olunacaq üsullar, inşaat texnologiyaları və görüləcək yeniliklər yaxın dövrdə ictimaiyyətə təqdim olunacaq. Bu ilin sonuna qədər layihə üzrə fəal mərhələyə başlanması, növbəti ildən isə inşaat işlərinin intensiv şəkildə aparılması gözlənilir".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq
XƏBƏR LENTİ
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq
-
İrana hücum üçün hər gün Trampa zəng edir
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycanda 9 gün iş olmayacaq
-
“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
-
Yasən Məmmədov vəfat etdi
-
Zelenski bu gün Danimarkaya səfər edəcək
-
Bankların kredit qərarlarında yeni qayda qüvvəyə mindi
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
-
Ayın 11-də intensiv yağış yağacaq - Proqnoz
-
BDYP sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
-
Bakıda məşhur xəstəxana bağlanır
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
-
5 günlük tətil başlayır - Tarixlər açıqlandı
-
Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib - (Video)
-
Qazaxda avtomobil yandı
-
Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyun bu tarixdə olacaq





