Ölkə

Azərbaycan Çexiyadan yeni metro qatarları alacaq

7 Noyabr 2025 10:50
Baxış: 415
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti daha müasir qatarların alınması ilə bağlı danışıqlara başlayıb.

Milli.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun Depolar üzrə İş Departamentinin baş mühəndisi Aydın Bəkirov deyib. 

O bildirib ki, qurum bununla bağlı  Çexiyanın "Şkoda", İsveçrənin "Ştaddler" və Çin dövlətinin müvafiq şirkətiylə danışıqlar aparır: 

"Həmin vaqonlar dizayn və idarəetmə sistemi baxımından hazırkı vaqonlardan fəqlənəcək. Danışıqlardan sonra həmin şirkətlərdən biri ilə razılıq əldə ediləcək və qatarların alınması ilə bağlı razılaşma əldə ediləcək".

A.Bəkirov vurğulayıb ki, 2030-dək daha 120 vaqon Azərbaycana gətiriləcək və bununla 300 vaqon xəttə buraxılacaq.

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.