Ölkə

Sumqayıtda çöpçü belə ifşa olundu - Ağzında gizlətdiyi nə idi? - VİDEO - FOTO

7 Noyabr 2025 12:40
Baxış: 983
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sumqayıt şəhərində fəaliyyət göstərən "çöpçü" qadının insanları aldatdığı iddia edilib. Valideyn bildirib ki, övladlarında hər dəfə "çöp qalması" ilə bağlı tanışların məsləhəti əsasında həmin qadının yanına gedib və o, hər dəfə 10 manat qarşılığında guya "çöp çıxarıb".

Milli.az patrul.az-a istinadən xəbər verir ki, şikayətçinin dediyinə görə, son zamanlar vəziyyətdən şübhələndiyi üçün "çöpçü" qadının icra etdiyi prosesi gizli şəkildə videoya çəkib. Görüntülərdə qadının öz ağzından uşağın burnuna doğru güclü şəkildə üfürərək "çöp çıxarırmış kimi" hərəkətlər etdiyi əks olunur. Videoda vizual olaraq sanki uşağın boğazından nəsə çıxarılır kimi təsir yaransa da, faktiki olaraq qadının sadəcə nəfəs verərək bu təəssüratı yaratdığı və cismi öz ağzından açıq - aydın üfürdüyü görünür.

Valideynin sözlərinə görə, hadisədən sonra uşağın hərarəti 39 dərəcədən düşməyib və həkimlər bunun diş çıxarma mərhələsi ilə bağlı olduğunu bildiriblər. O, məsələnin cəmiyyət üçün ibrət olması məqsədilə ictimailəşdirildiyini və bu qadının fəaliyyətinin araşdırılmasını xahiş edib.

Qeyd edək ki, iddialara görə, sözügedən qadın Sumqayıtda yaşayır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.