Cəmiyyət

Ombudsmandan MAXE-lərlə bağlı VACİB TƏKLİF

7 Noyabr 2025 12:06
Baxış: 588
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2026-cı ilin dövlət büdcəsi layihəsinə rəyində hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürüb.

Milli.Az xəbər verir ki, təklif parlamentin bir neçə komitəsinin ortaq iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

Ombudsman qeyd edib ki, hərbi qulluqçuların sosial müdafiəsinin daha da yaxşılaşdırılması məqsədilə onlara ərzaq üçün ödənilən aylıq pul kompensasiyasının məbləği "minimum istehlak səbətinin tərkibi"ndəki ərzaq məhsullarının aylıq dəyərinə uyğunlaşdırılmalıdır.

Bununla yanaşı, Səbinə Əliyeva müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılmasının da vacibliyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.