Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İvo Slaus: "Biz Azərbaycanda təhsil ocaqları ilə əməkdaşlıq etmək istərdik"
21 İyun 2014 15:12
Baxış: 2 002
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İvo Slaus Dünya İncəsənət və Elmlər Akademiyasının sabiq prezidenti (2011-2013), hazırda isə qurumun fəxri prezidentidir. Yaşı səksəni haqlasa da, bunun onun fəaliyyətinə heç bir təsiri yoxdur. Gənclik illərində elm sahəsində çoxlu işlər görüb. Elmi nailiyyətləri sayəsində fizika üzrə professor elmi dərəcəsinə yüksəlib, Ruder Boskoviç İnstitutunda, Kaliforniya, Dyuk, Corctaun, Kyoto universitetlərində və digər dünyaca tanınmış təhsil ocaqlarında dərs deyib. Diplomatik sahədə də uğurları az olmayıb. Roma Klubunun üzvüdür. Əvvəllər həmin klubun Xorvatiya Assosiasiyasının prezidenti olub. Bundan başqa, Avropa Akademiyasının yaradıcı üzvlərindəndir. Alimlərin Paquoş Hərəkatının üzvü və Xorvatiya Paquoşunun keçmiş prezidenti olub və s. Hətta 2000-2003-cü illərdə Xorvatiya Parlamentinə də üzv seçilib.
Onu Azərbaycanla Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bağlayır. Mərkəzin üzvlərindən biri olan İ.Slaus dahi şairlə bağlı tədbirlərə qatılır, hətta gələcəkdə onunla bağlı bir sıra layihələr həyata keçirmək niyyətindədir.
Trend Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən layihə çərçivəsində Dünya İncəsənət və Elmlər Akademiyasının fəxri prezidenti İ.Slausla müsahibəni təqdim edir.
- Cənab Slaus, prezidenti olduğunuz Akademiyada hazırda hansı məsələlər prioritet hesab olunur?
- Dünya İncəsənət və Elm Akademiyasının hazırda ən çox sosial, iqtisadi və siyasi qlobal sahələrdəki dəyişikliklərə ehtiyacı var. Bizim işimizə ilk növbədə yeni iqtisadi düşüncənin, həmçinin dünya universitet konsorsiumunun inkişaf etdirilməsi, bütün dünyada ali təhsil məsələsinə yanaşma yolları çağırışları daxildir. Akademiyanın fəaliyyəti çoxşaxəlidir. Lakin mən ən əsası sülhü, bütün dünyada kütləvi dağıntılara səbəb olan tərksilah məsələsini vurğulamaq istərdim.
- Akademiya hansı ölkələrlə daha sıx əməkdaşlıq edir?
- Dünyanın bir çox ölkələrində Akademiyanın tərəfdaşları var və bu ölkələrin bir neçəsində də bizim əməkdaşlıq etdiyimiz mərkəzlər mövcuddur. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi buna bir misaldır. Həmçinin Monteneqro Elm və İncəsənət Akademiyası, eləcə də Buxarestdə mərkəzimiz var. Açıq Cəmiyyətlər Forumundakı müzakirələrimiz ərzində də Akademiya olaraq məqsədimiz Roma Klubu, Avropa Liderliyi Şəbəkəsi və digər bu kimi təşkilatlarla səylərimizi birləşdirməkdir.
- Dünya İncəsənət və Elmlər Akademiyasının fəxri prezidenti kimi fikrinizi bilmək maraqlı olardı. Hazırda dünyada incəsənətin rolunu necə dəyərləndirirsiniz?
- İncəsənət də elm qədər bərabər səviyyədə vacibdir. Şübhə yoxdur ki, inkişafda olan insan eyni dərəcədə incəsənətdən də asılı vəziyyətdədir. Hər ikisi yaradıcı insanın fəaliyyətinə daxil olsa da, onların arasında fərqlər mövcuddur. Elm daha çox ciddi fəaliyyətdir. Mən bunu öz tələbələrimə də tez-tez deyirəm ki, digər fiziklər Eynşteynin fikirlərini inkar edə bilər. Ancaq incəsənətdən söhbət gedirsə, biz deyə bilmərik ki, müxtəlif əsrlərdə yaşamış Mikelancelo, Leonardo, Motsart və ya Bethoven bir-birilərindən daha yaxşı olub. Bu baxımdan incəsənət çox fərqlidir.
- Siz ötən il Bakıda səfərdə olarkən Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi ilə görüşmüşdünüz. Bu universitetlə hansı layihələri həyata keçirmək fikriniz var?
- Biz görüş zamanı xüsusilə dünya universiteti konsorsiumu istiqamətində səylərimizi müzakirə etdik və ümid edirik ki, Bakı Dövlət Universiteti bizi bu istiqamətdə dəstəkləyəcək.
- Yeri gəlmişkən, Azərbaycanda BDU-dan başqa daha hansı universitetlərlə əməkdaşlıq edirsiniz?
- Bu bizim hələlik ziyarət etdiyimiz yeganə universitet olub. Biz böyük məmnuniyyətlə digər təhsil ocaqları ilə də əməkdaşlıq etmək istərdik. Bu mənim Azərbaycana ikinci səfərim olduğundan, bu, sadəcə başlanğıcdır.
- Biz bilirik ki, siz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüsünüz. Dahi şairimizin yaradıcılığı ilə tanışsınızmı? Akademiyanın onun yaradıcılığı ilə bağlı hər hansı tədbir keçirmək niyyəti varmı?
- Əlbəttə ki, Nizami Gəncəvinin əsərləri ilə tanışam və yaradıcılığını yüksək dəyərləndirirəm. Dünya İncəsənət və Elmlər Akademiyasının noyabr ayında keçiriləcək ümumi yığıncağında bu məsələni Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla müzakirə etməyi planlaşdırıram.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə möhtəşəm balet qala-konserti
-
Şahin Növrəslinin çoxdan gözlənilən konserti keçirildi - (Foto)
-
FilJazz Pitesti Trio Shahin Novrasli Festival-ında konsert verdilər - FOTO
-
İlham Əsgərov: “Milli Teatrın yeni mövsüm üçün planları və hədəfləri böyükdür” - FOTO
-
CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Süni intellekt bəşəriyyəti dörd günə məhv edə bilər - İDDİA
-
Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır
-
Matçda təhqiramiz ifadələr işlədən aktyor cərimələndi
-
Bu aylarda doğulan insanlar taleyini dəyişmək üzrədirlər
-
Prezident İlham Əliyev: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
-
Qaradağda ağır qəza - Ölən və yaralananlar var
-
Prezident İlham Əliyev: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
-
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
-
Prezident İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Müctəba Xamenei atasının dəfn mərasimində niyə iştirak etməyib?
-
Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
-
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
-
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
-
"Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib
-
Türkiyədə kişi çağırışa gedən polisi güllələyib öldürdü
-
Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - (Video)
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
Dmitri Breykin vəfat etdi
-
Sabah Abşeron çimərliklərində külək güclənəcək
-
Rusiya Ukraynanın itkilərini yenilədi