Mədəniyyət

Nizami Kino Mərkəzi yeni filmlərin nümayişinə başlayır - FOTO

15 May 2014 14:09
Baxış: 1 148
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Mayın 15-dən etibarən Nizami Kino Mərkəzində Amerika və Yaponiyanın istehsalı olan "Qodzilla" (3D formatda) və Türkiyənin "Mandıra filosofu" filmlərinin nümayişi başlanacaq.

Maks Borenşteyn və Deyv Kallaxemin ssenarisi əsasında rejissor Qaret Edvardsın ekranlaşdırdığı "Qodzilla" filmi fantastika, məcara və döyüş janrındadır.

Rejissor Qodzillanı antiqəhrəman kimi təsvir edib. Filmin əsas mövzusu insanla təbiətin mübarizəsidir. Qodzilla təbiəti tərənnüm edir. Təbiətin hər zaman qalib gəlməsi filmin sətirarxası mənasıdır.

Filmdəki obrazları Aaron Teylor-Conson, Ken Vatanabe, Elizabet Olsen, Julyet Binoş, Salli Xokins və başqaları canlandırıblar.

Birol Güvənin ssenarisi əsasında rejissor və baş rolun ifaçısı Müfit Can Saçıntının çəkdiyi "Mandıra filosofu" filmi komediya janrındadır.

Filmin baş qəhrəmanı ilə kinosevərlər Türkiyənin populyar "Coçuklar duymasın" serialından tanışdırlar.

İçində yaşadığı dünya nizamı Mustafa Əlini Muğlanın Çökərtmə kəndinin yaxınlığında, kimsəsiz bir daxmada yaşamağa qədər aparır. Mustafa Əli işə qəti qarşıdır. Cavit isə hiyləgər və çalışqan iş adamıdır və yeni layihəsi üçün Çökertme kəndinə gəlir. Məqsədi Mustafa Əlinin sahib olduğu ərazini satın alıb yerinə qazanc gətirəcək otel tikməkdir. Amma Cavit nə bilsin ki, həyatı Mustafa Əli ilə tanış olduqdan sonra köhnəki kimi olmayacaq.

Müsbət emosiya bəxş edən bu film komediyanı sevən tamaşaçıların zövqünü oxşayacaq.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.