Mədəniyyət

Rafiq Hüseynov Bakıya döndü - YENİLƏNİB

21 Dekabr 2013 18:10
4 Şərh     Baxış: 1 803
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
18:10

Türkiyədə əməliyyat olunan Azərbaycanın tanınmış diktoru, xalq artisti Rafiq Hüseynov Bakıya qayıdıb.

Bu barədə APA-ya məlumat verən R.Hüseynovun xanımı Səbinə Hüseynova bildirib ki, o, həyat yoldaşı birlikdə bu dəqiqələrdə təyyarə ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına çatıblar. O, R.Hüseynovun Bakıda həkim nəzarəti altında olacağını, iki ay sonra isə müayinə üçün yenidən Türkiyəyə qayıtmasının nəzərdə tutulduğunu deyib.

Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkirdi. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.

----------
12:56

Bir müddət əvvəl Türkiyədə əməliyyat olunan tanınmış teleaparıcı Rafiq Hüseynov hazırda Bakıya qayıdır. Bu barədə AzVision.az-a aparıcı özü məlumat verib:

"Hazırda İstanbuldayam, indilərdə Bakıya yola düşəcəm. Özümü o qədər də yaxşı hiss etmirəm. Danışa bilmirəm".

Qeyd edək ki, xərçəngdən əziyyət çəkən xalq artisti, tanınmış diktor Rafiq Hüseynov dekabrın 10-də Türkiyədə əməliyyat olunub.

---------
12:10

"Rafiq müəllimin səhhəti yaxşıdır". Milli.Az xəbər verir ki, bunu modern.az-a açıqlamasında tanınmış diktor Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynli deyib.

O, Türkiyədə əməliyyat olunan həyat yoldaşının bu gün vətənə qayıdacağını bildirib: "Bu gün Bakıya qayıdırıq. Bizi kimsə müşayiət eləmir. Yalnız ailə olaraq, üçümüzük. Rafiq müəllim nəfəs alanda çətinlik çəkir. Düzü, bu məni bir az qorxudur. Hətta təyyarədə uçacaq deyə narahatam. İnşallah, Bakıya sağ-salamat çataq. Hər şey yaxşı olacaq".

Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov ağ ciyər xərçəngindən əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.