Mədəniyyət

Ramiz Quliyevin son VƏZİYYƏTİ

2 Oktyabr 2025 17:22
Baxış: 420
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Atamın bu gün evə yazılacağı real deyil".

Milli.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Xalq artisti, tarzən Ramiz Quliyevin oğlu, Əməkdar artist Əyyub Quliyev deyib.

"Atamın vəziyyəti stabildir, müsbətə doğru gedir, analizlərinin nəticəsi də yaxşıdır. Mən bu gün də həkimlə danışmışam. Bu gün onun evə buraxılması real deyil, ona görə ki, Ramiz müəllimə sedaktiv dərmanlar verirlər. Həmin dərmanlar onun zehninin fəaliyyətini bir az ləngidir - yəni, huşu gedib-gəlir. Huşunun tam geri qayıtması üçün isə bir neçə gün vaxt lazımdır. Ona görə də qərara alınıb ki, atam həkimlərin nəzarəti altında olmalıdır ki, proseslər bərpa olunsun. Yəni, reanimasiyadan çıxarıb onu bu vəziyyətdə evə aparmaq real deyil.

Bu gün bu məsələ rəhbərlik səviyyəsində bir daha müzakirə olunub. Qərar belə olub ki, xəstənin bütün funksiyaları bərpa olunmayana qədər evə qayıtmayacaq. Proseslər tam bitənə kimi hospitalda, həkimlərin nəzarəti altında qalacaq. Yalnız bu proseslər bitəndən sonra evə gələcək", - deyə Ə Quliyev bildirib.

Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar bir neçə gün əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.