Maraqlı

Birinci nə yaranıb - toyuq, yoxsa yumurta - ARAŞDIRMA

5 Oktyabr 2025 18:23
Baxış: 435
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Birinci hansı yaranıb - toyuq, yoxsa yumurta? Alimlər nəhayət cavab tapıblar.

Milli.Az xəbər verir ki, alimlərin araşdırması ilə sübut olunub ki, birinci toyuq olub.

Tədqiqatçılar toyuqda ovokleidin-17 (OC-17) adlı xüsusi bir zülal aşkarlayıblar. Bu zülal yumurta qabığının əmələ gəlməsi üçün vacibdir - o, kalsiumu sərt qabığa çevirir və yalnız toyuğun yumurtalığında ifraz olunur.

Araşdırmaların nəticələrinə əsasən isbat olunub olunub ki, toyuq olmadan müasir yumurta mövcud ola bilməzdi.

Əlbəttə, yumurtalar təbiətdə toyuqlardan çox əvvəl sürünənlərdə, dinozavrlarda və digər canlılarda da olub, lakin toyuq yumurtasının yaranması üçün mütləq toyuq gərəkdir.

Elm bir daha əsrlər boyu insanlığı düşündürən sirri açıb. (Bizim.Media)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.