İdman

MDB Oyunları: Boksda 4 "qızıl"

5 Oktyabr 2025 17:09
Baxış: 324
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

MDB Oyunlarında oğlan boksçular arasında müxtəlif çəki dərəcələrində final qarşılaşmaları keçirilir.

Milli.Az xəbər verir ki, Azərbaycan millisinin boksçusu Şahin Aslanov (60 kiloqram) Özbəkistan təmsilçisi Otabek Nurmahamadov üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.

Xatırladaq ki, bundan əvvəl digər Azərbaycan boksçuları da final görüşlərində uğur əldə ediblər. Qardaş Rəhimov (46 kiloqram), Əli Əliyev (48 kiloqram) və Əli Abaslı (52 kiloqram) qələbə qazanaraq Azərbaycan millisinin hesabına qızıl medallar əlavə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.