Avto

Saxta "Ferrari" fantastik qiymətə satıldı - FOTOlar

5 Oktyabr 2025 13:18
Baxış: 321
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-də 1959-cu il model "Ferrari 250 Testa Rossa"nın surəti 720 min dollara satıldı.

Milli.Az xəbər verir ki, ABŞ-də "Bring a Trailer" hərracında 1959-cu il istehsalı olan "Ferrari 250 Testa Rossa" modelinin saxta nüsxəsi satışa çıxarılıb və 720 min dollara alıcı tapıb. Bu məbləğ iki müasir "Ferrari 296 GTB" avtomobilinin ümumi qiymətinə bərabərdir.

Məlumata görə, orijinal "Ferrari 250 Testa Rossa" hazırda təxminən 38-40 milyon dollar dəyərində qiymətləndirilir və dünyada cəmi 33 ədəd istehsal olunub. Bu nadir idman avtomobilləri kolleksiyaçılar arasında xüsusi qiymətə malikdir.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.