Dünya

Zaporojye şəhərinə hava hücumu: 1 ölü, çoxsaylı yaralılar

5 Oktyabr 2025 14:18
Baxış: 313
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

5 oktyabr gecəsi Rusiya hərbi qüvvələri Ukraynanın Zaporojye şəhərinə pilotsuz uçuş aparatları və qanadlı raketlərlə zərbələr endirib.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, şəhər meri İvan Fedorovun məlumatına görə, hücum zamanı yaşayış binaları və infrastruktur obyektləri ciddi ziyan görüb, bir qadın həyatını itirib, çoxsaylı sakinlər yaralanıb.

Hadisə yerində yanğın baş verib və bəzi rayonlarda işıq, su təminatında fasilələr yaranıb. Hücum nəticəsində ən azı doqquz nəfər yaralanıb, yaralananlar arasında yeniyetmə qız da var.

Rəsmi mənbələr hücumun ərazilərdə ciddi dağıntılara səbəb olduğunu bildirir və vəziyyətin gərgin olduğu qeyd olunur. Yerli idarəetmə və təcili yardım xidmətləri hadisə ilə bağlı tədbirlərə davam edir.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.