Cənubi Azərbaycan ədəbiyyatının maraqlı simalarından biri də Hacı Zeynalabdin Məşədi Səfərəli oğlu Marağayidir. O, ədəbiyyat tarixində 3 cilddə çap olunmuş "Səyahətnameyi İbrahim bəy" əsəri ilə qalıb. Hacı Zeynalabdin Marağayi 1838-ci ildə bir azərbaycanlı tacirin ailəsində dünyaya gəlib. 20 yaşınadək Marağa və Ərdəbil şəhərlərində yaşayan Zeynalabdin atasından qalan mal-dövlət əlindən çıxdıqdan sonra qardaşı ilə bərabər vətənini tərk edib.
Əllərindəki kiçik sərmayə ilə Qafqaza gəlib çıxan qardaşlar Tiflis şəhərində yerləşib. Bu şəhərdə bəxti gətirən qardaşlar 3-4 il müddətində xeyli sərvət qazanıb. Cənubdan gələnlərin yolu Tiflis şəhərinə daha çox düşdükcə o, daha çox tanınmağa başlayır. Sonra da İranın baş konsulu Əsədulla xan Nazim əl Dövlə tərəfindən Kitayis şəhərində naib-konsul işinə dəvət olunur.
Marağeyi bu barədə belə deyirdi: "O zamanlarda mən həm konsul və həm iranlıların başçısı, həm də tacir idim. Həmvətənlərin malı təzyiqatların rəf etməyi özümə vacib bilib, onların yeyib-içməklərin, geyməklərin və s. çətinliklərin həll etməyə başladım. O zamanda bütün qazandığım mal-dövlət əlimdən getdi və təkcə həmvətənlərin borcları yazılmış bir dəftər əlimdə qaldı. Kəriməyə getməyə məcbur oldum və qardaşımla birlikdə Istanbuldan Kəriməyə malul ticarə aparıb, orada ticarətə məşğul oldum. Yenə də az zamanda, kafi sərmayə ələ gətirib o şəhərdə qalmalı olduq".
1852-ci ildə Rusiya ilə Osmanlı dövləti arasında müharibə başladı. Bu zaman qardaşlar Yaltaya gedib orada işlərini davam etdirdilər. Yalta şəhəri rus imperatorunun yaylağı idi. Bu şəhərdə Zeynalabdin əsas işini yüksək təbəqənin nümayəndələri ilə qururdu. O, qısa zamanda özünə böyük hörmət və etibar qazanaraq "İranın dürüstkar taciri" ləqəbini aldı. Hətta ona rus təbəəsi olmaq təklif edildi. Bu təbəəliyin ona yararlı olacağını düşünən Zeynalabdin bunu qəbul edir.
Amma nə yığdığı var-dövlət, nə də qazandığı mövqe ona zövq verirdi. Hər an vətənində qoyub gəldiyi soydaşlarını, oradakı istibdad rejimini düşünür, kənarda dayanıb öz həyatını yaşamaq ona əzab verirdi. Beləliklə, bir gün dükanı, evi və bütün var-dövlətini satıb İstanbula gəlir. O, ailəsini burada qoyub Məkkə ziyarətinə yola düşür. Bundan sonra rus təbəəsi ola-ola illər boyu İstanbulda yaşayır. Nəhayət, o, Mirzə Mahmudxan Əlaülmülk vasitəsi ilə rus təbəəliyindən imtina etdi, yenidən İran tabeliyini aldı. Hacı Zeynalabdin İstanbulda olan zaman "Şəms" qəzeti ilə həmkarlığa başlayır və Kəlkətədə nəşr olan "Həbülül-mətin" dərgisində məqalələr yazır.
"Səyahətnameyi İbrahim bəy"
Marağayinin əsas əsəri 3 cilddə çap olunmuş "Səyahətnameyi İbrahim bəy" kitabıdır. Bu əsər o dövrdə İranda baş verən ictimai-siyasi hadisələri tam açıqlığı ilə ortaya qoyur. Müəllif öz əsərində Qacar məmurlarının əməlləri, oradakı hakimlərin rəftarı, öz soydaşlarının savadsızlığı, xalqı aldadan mollaların hoqqalarından yazır. Buna görə də kitabın ilk çaplarında müəllifin adı gizli saxlanır.
Əsərin qəhrəmanı İbrahim bəy bir prototipdir, çox güman ki, o, Hacı Zeynalabdinin öz ədəbi obrazıdır. Kitabın I cildi İranda yayılanda heç kəs, bir savadsız və sadə tacirin elə yüksək səviyyədə əsr yazmağına inana bilməzdi. Ona görə də çoxları kitabın müəllifinin "Əxtər" nəşrinin yazarlarından Mirzə Mehdixan olduğunu deyirdilər. Amma Mirzə Mehdixanın ölümündən sonra kitabın II və III cildi çap olunduğuna görə, bu iddiaya son qoyuldu.
Əsərin qəhrəmanı İbrahim bəy iranlı bir tacirin oğludur. 50 il əvvəl ticarət üçün Misirə köçüb, orada ticarət qurub və orada yaşamalı olur. Müəllif göstərir ki, bu 50 il ərzində İranda heç bir köhnə adət və ənənə dəyişməyib və öz köhnəliyinə elə bağlı qalıb ki, heç bir kəlmə ərəb sözü də öyrənən olmayıb. Özü bir iman sahibi olan tacir ailəsini və uşaqlarını da vətən eşqi ilə böyüdüb. Tacirin böyük oğlu 20 yaşına çatan zaman atası dünyasını dəyişir. İbrahim bəy 20 yaşında vətənsevər, fərasətli, qeyrətli və nəcib bir gənc idi. O, bir neçə xaric dil öyrənib. Atası dünyaya göz yuman zaman oğluna vəsiyyət edir: "30 yaşına yetənədək dünyanın hər yerinə səfər edirsən et, ancaq getdiyin yerlərdə hər nə görsən yaz və saxla, o yazdıqların bir gün kara gələr".
Atanın ölümündən sonra İbrahim bəy müqəddəs Məşhəd ziyarəti arzusu ilə "Bəndəri Berr Misirə", oradan İstanbula, Batuma, Tiflisə, Bakıya, Ənzəliyə, Sariyə, Uzun Adaya, Aşqabada və nəhayət, müqəddəs Məşhəd şəhərinə yetişir.
İbrahim bəy Batum şəhərinə yetişdiyi zaman orada ilk dəfə görür: "İranlılar dəstə-dəstə yırtıq-yamaq paltarla nəhayət, miskinlikdə üzləri aclıqdan saralmış və zəif halətdə bir tikə çörəyə görə hər işi qəbul edirlər". Həmvətənlərinin birindən eşidir: "Bütün Qafqazın şəhərləri, qəsəbələri və hətta kəndləri də belə ac və yersiz iranlılarla doludur. Onlar hakimlərin, darğaların, bəylərin və kattaların zülmündən qaçıb, Rum, Rus və Hindistan məmləkətlərinə yayılıb və sübhdən axşamadək günün qabağında bir tikə çörəyə görə ağır işləri qəbul edirdilər".
Əl-əl gəzən "zərərli" kitab
...Sonra İbrahim bəy Tehrana yetişib, hər kəsin qapısını döyür, tanıdığı hər bir vəzir ya vəkilin qapısına gedir, düşünür ki, bəlkə həmvətənlərinə bir çarə tapa. Ancaq heç kəsdən cavab ala bilmir, görür İranın vəzir-vəkilləri sərxoşluq içində yatıb və dünyadan xəbərləri yoxdur. O, yenidən kədərli və məyus halda Misirə qayıdır. Qayıdan zaman Qəzvin, Ərdəbil, Marağa, Binab, Urmiyə və Təbriz şəhərlərindən keçir, oradan Mərəndə və Batum şəhərinə gedir və yenə Misirə qayıdır.
İbrahim bəy öz səfərində İranın çox vilayət və şəhərlərindən keçib, onların ümumi vəziyyətlərini sadə şəkildə yazıb və şərh edir. Onun məqsədi yazmaq və tənqid etmək və soydaşlarını oyatmaq idi. O, hər şəhərdən çıxanda bu cümləni təkrar edir: "Hamısı diriykən ölüdür, ölmüş ikən canlı".
Bu səyahətnamə əsəri tam bir salnamə kimi XIX əsrin sonlarında İranın ümumi durumunu təsvir edir. Əhməd Kəsrəvi "Tarixi məşruteyi İran" kitabında yazır: "O kəslər ki, bu kitabı öz zamanında oxuyublar və özlərində bir ağır silkinti hiss ediblər, təkcə onlar bu kitabın ərzişini bəyan edə bilərlər, çox şəxsləri tapmaq olar ki, bu kitabın vasitəsilə ağır cəhalət yuxusundan oyanıb və agah insanlara qoşulublar".
"Səyahətnameyi İbrahim bəy" əsərinin yazılmasına qədər İranda bu üslubda yaranan nümunə yox idi. Xüsusilə, kitabın sadə və aydın yazılması onun güclü təsir bağışlamasının əsas səbəbi sayıla bilər. Kitab yayıldığı zaman İranda savadlı şəxslərdən biri onu evdə və ya qəhvəxanalarda oxuyur, onlarla savadsız insan da bir yerə yığışıb ona qulaq asırdılar.
Bu əsər elə bir dövrdə yazılmışdı ki, Qacar şahları yazarların əsərlərini nəzarətdə saxlayır, "zərərli" kitabların yayılmasına imkan vermirdi. "Səyahətnamə" kimi əsərlər də belə "zərərli" ədəbiyyat siyahısına daxil idi və şübhəsiz, onun yayılmasına da hər yolla mane olurdular. O dövrdən uzun zaman keçir və neçə nəsil bir-birini əvəz edib. Amma Hacı Zeynalabdinin "Səyahətnamə"si zamanı qabaqlayan bir kitab kimi hər dövrdə yeni və aktual olaraq qalır.
"Azadlıq" qəzeti
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Hamısı diriykən ölüdür, ölmüş ikən canlı
2 Dekabr 2012 18:57
0 Şərh
Baxış: 3 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Bakıda Norveçdə yaşayan Arzu Rzayevanın yaradıcılığ gecəsi keçirilib – Gülnara Xəlilovadan musiqili sürpriz - VİDEO - FOTO
-
Azərbaycan Dövlət Simfonik Orkestrinin möhtəşəm konsert proqramı təqdim olundu – FOTO
-
Seyran Səxavətin 80 illik yubileyinə həsr olunmuş bədii-musiqili gecə keçirilmişdir - FOTO
-
“Təsviri sənət kağızda” adlı yaradıcılıq sərgisi açılacaq
-
Neftçala şəhərində fortepiano və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunub - FOTO
-
Qəbələdə “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku – 2026” uğurla başa çatdı - FOTO
XƏBƏR LENTİ
-
Qisas üçün öldürülən 20 il yaşlı Ümidin 1 həftə əvvəlki toyundan KADRLAR - VİDEO
-
ABŞ İranın gəmilərinə və hədəflərinə zərbələr endirib
-
Xudayarın uşaqlığı - VİDEO
-
Aşur Fərəcov vəfat ETDİ
-
Türkiyədə qeyri-adi toy: "Qızıl yox, kimsəsiz uşaq gətirin" - VİDEO
-
“Milyonlar qazanıram, mənə fərq etməz”
-
"Bu gecə bütöv bir sivilizasiya məhv olacaq"
-
Atasının məzarı önündən FOTOsunu yaydı
-
“Yerin təki haqqında” qanuna dəyişiklik edilib
-
Prezident İlham Əliyev bir qrup hərbçini təltif edib
-
ABŞ-dən hücumla bağlı ilk REAKSİYA - FOTO
-
Maqnus Karlsen onunla selfi çəkdirən şahmatçını anında "SATDI" - VİDEO
-
Övladının dəfnində canlı açan ataya dövlət hər ay bu qədər pul VERİRMİŞ
-
İrandan sərt xəbərdarlıq: “ABŞ və müttəfiqlərinin bütün hədəfləri vurulacaq”
-
Bu yol da yararsız hala düşdü - VİDEO
-
Xalq artisti uzun aradan sonra EFİRDƏ - VİDEO
-
İstanbulda İsrail konsulluğu qarşısında atışmanın TƏFƏRRÜATLARI - ANBAAN VİDEO - YENİLƏNİB
-
“Qalatasaray” ulduz futbolçusunu GÖNDƏRİR
-
İcra başçısı yasda şeir söylədi - VİDEO
-
“Canımı İrana fəda etmişəm, edirəm və edəcəyəm”
-
Valideynlərə vacib XƏBƏR - Aprelin 15-dək...
-
Kişilər niyə qadınlardan daha çox QAZANIR?
-
"Qarabağ"ın Medinasının rəqs şousu GÜNDƏM OLDU - VİDEO
-
Türkiyədə zəlzələ oldu





