Məşhur müğənni və bəstəkar Emin Ağalarov Nyu-Yorka səfəri çərçivəsində ABŞ-ın bir çox radio və televiziya kanallarında çıxış edib.
AzərTAc xəbər verir ki, tanınmış müğənninin müsahibələri "Sirius radio", "Anderson Cooper TV Show", "Hollywood live dotCo", "Red Carpet TV", həmçinin "Wal Street Journal", "Billboard magazine" "Entertainment tonight" və digər KİV-lərində yayımlanıb.
"Baby Get Higher" mahnısını ABŞ-da təqdim etmək üçün Nyu-Yorkda olduğunu deyən Emin Ağalarov bildirib ki, bu mahnı artıq İngiltərə radiolarında səslənib və ən çox səslənən mahnı kimi "TOP 40"-a düşüb: "Biz burada da belə müvəffəqiyyətə nail olacağımıza ümid edirik. Mahnı bir neçə gün qabaq təqdim edilib. Mahnının tanıtımının Nyu-Yorkdan başlanmasının səbəbi odur ki, mən buranı yaxşı tanıyıram. Uzun müddət burada yaşayıb, universitetdə təhsil almışam. Həmçinin belə deyərdim ki, əgər İngiltərədə Londondan başlayırsansa, Amerikada da Nyu-Yorkdan başlamalısan".
Emin Ağalarovun musiqiyə marağı ABŞ-da təhsil alarkən başlayıb. Mahnılarının bir çoxunun bəstəkarı da məhz özüdür. Elvis Presli və müəllimi olan Müslüm Maqomayevin pərəstişkarıdır. Müğənninin sonuncu işıq üzü görən "After the Thunder" musiqi albomu artıq bir çox ölkələrdə məşhurlaşıb. Alboma daxil olan "Baby Get Higher" mahnısı Böyük Britaniyanın musiqi siyahısına əlavə olunub.
Sentyabrın 23-də Bakıda verəcəyi konsertə gəldikdə isə, məşhur müğənni bildirib ki, "Crystal Hall"da məşqlər olacaq, Cenifer Lopezlə böyük konsert proqramı ilə çıxış edəcək: "Mənə çox xoşdur ki, bu konsert yenə də Bakıda, "Crystal Hall"da baş tutacaq. "Eurovision-2012" mahnı müsabiqəsindən sonra o səhnədə ilk çıxış edən mən olacağam. Nəzərə alsaq ki, "Eurovision" mahnı müsabiqəsini də bağlayan mən olmuşam, bu, çox rəmzidir, həyəcanlıdır, xoşdur. Mən bu konserti çoxdan gözləyirəm. "Crystal Hall" təqribən 25 min tamaşaçı tutur, orada çıxış etmək həmişə böyük məsuliyyətdir. Xoşbəxtəm ki, Bakıda çıxış etmək imkanım var. Ümidvaram ki, konsertə gələn insanlar da bizim hazırladığımız proqrama çox təəccüblənəcəklər".
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Emin Ağalarov: ""Crystal Hall"da çıxış etmək həmişə böyük məsuliyyətdir"
22 Sentyabr 2012 18:46
Baxış: 873

DİGƏR XƏBƏRLƏR
-
Ramil Qasımovun rəhbərliyi ilə Bülbül Vokal Məktəbinin ilk buraxılışı keçirilib – FOTO
-
“Yaz və yay #2” konserti keçirəcək
-
“Fortepiano üçün ədəbi etüd” ədəbi müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTO
-
Cahan Namazova Londonda keçirilən Golden Time Talent Festival ilk mükafatına layiq görülüb – VİDEO - FOTO
-
Mədəniyyət Nazirliyi Anarın tənqidlərinə cavab verdi
-
"Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib - FOTO
XƏBƏR LENTİ
-
Hansı bürclər tezliklə VARLANACAQ? – Pul "sel" kimi gələcək
-
"Ərə getmədən ana olmaq istəyirəm"
-
"İnter" - "River Pleyt" matçında kütləvi DAVA - FOTO
-
Avroviziya qalibinin səsi BATDI
-
Daha bir qəbiristanlıq YANDI - FOTO
-
Hava bu tarixdə yenidən korlanacaq
-
Sığorta şirkətini aldatmaq istəyirdi - ayaqlarını itirdi
-
Mbappe nə vaxt yaşıl meydanlara qayıdacaq?
-
Avtobusda gərgin anlar: kişi qızı qolundan tutub ÇÖLƏ ATDI - VİDEO
-
Bakıya oğurluğa gələn gürcülər tutuldu - FOTO
-
Mənzurə evlərinin sayını AÇIQLADI
-
2 qadın eyni qidadan zəhərləndi
-
Niderland Kraliçası Maksimadan Trampın parodiyası - VİDEO
-
Həmin toyda Nəfəs də olub, puldan əlavə hədiyyələr verilib - Yenilənib - VİDEO
-
Toylarda kəsilən tort belə hazırlanırmış - görənlər ŞOK oldu - VİDEO
-
Sabahın HAVASI
-
Günün ən şanslı BÜRCLƏRİ: möcüzə olacaq
-
Universitet tələbəsi VƏFAT ETDİ
-
Mirkamil əməliyyatdan sonra ilk dəfə belə GÖRÜNTÜLƏNDİ
-
Bu cihazlara görə işıq pulu ikiqat gəlir: sönülü olsa da, YAZIR
-
İran ən çox itkini bu şəhərlərdə verdi
-
Bu istiqamətlərdə əlavə qatar reysləri təyin olundu
-
Tovuzda dönərdən zəhərlənənlərdən xəbər var - Yenilənib - FOTO
-
Tramp “Amerikanın səsi”nin bağlanmasını tələb etdi: Onu məhv edin!