21:47
Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı 28 nəfərə çatıb.
Bu barədə APA-nın yerli bürosu xəbər verir.
----------
21:01
Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı 26 nəfərə çatıb.
Bu barədə APA-nın yerli bürosu xəbər verir.
---------
20:23
Tovuzda dönərdən zəhərlənən digər şəxslərin adları məlum olub.
Zəhərlənənlər 2012-ci il təvəllüdlü Qədir Yusofov,1997-ci il təvəllüdlü Səbinə Muradova, 1987-ci il təvəllüdlü Şəhanə İsmayılova, 2015-ci il təvəllüdlü Dilək Musayeva, 2005-ci il təvəllüdlü Nurəddin Məmmədov, 1991-ci il təvəllüdlü Suqra Abdullayeva, 2009-cu il təvəllüdlü Təhminə Məmmədova və 2008-ci il təvəllüdlü Məmmədəli Hacıyevdir.
Qeyd olunur ki, zəhərlənən qadınlardan biri hamilə olub.
---------
20:11
25.06.2025-ci il tarixində saat 16:55 radələrindən başlayaraq 20 nəfər (10-u kişi, 10-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə Milli.Az-a TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib.
"Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir", - qurumdan qeyd olunub.
-----------
19:20
25.06.2025-ci il tarixində saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə Milli.Az-a TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.
Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.
---------
18:58
Tovuzda dönərdən kütləvi zəhərlənən şəxslərin kimlikləri məlum olub.
Milli.Az-ın məlumatına görə, zəhərlənən şəxslər 2022-ci il təvəllüdlü Əli Əliyev, 2007-ci il təvəllüdlü Aysu Cəfərova,1979-cu il təvəllüdlü Xatirə Musayeva, 2008-ci il təvəllüdlü Ruslan Əmiraslanov, 2017-ci il təvəllüdlü Rəvan Eyvazov, 2013-cü il təvəllüdlü Ramal Eyvazov, 1983-cü il təvəllüdlü Daşdəmir Eyvazov, 2019-cu il təvəllüdlü Pünhanə Ələkbərli, 2016-cı il təvəllüdlü Emil Kərimli, 2018-ci il təvəllüdlü Elif Kərimli, 1997-ci il təvəllüdlü Şahanə Əliyeva, 2006-cı il təvəllüdlü Aygün Hüseynova və daha bir nəfərdir.
Hazırda onlara xəstəxanaya yardım edilir. Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb olunub.
------------
18:47
Tovuz rayonunda dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə nəfər zəhərlənmə diaqnozu ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onlar arasında azyaşlı da var. Hazırda həmin şəxslərin müalicələri davam edir.
Milli.Az