“Neftçi”nin baş məşqçisi “Qarabağ”ı təbrik etməməsindən DANIŞDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Biz özümüzü ev komandası kimi hiss etmədik. Dəhşətdir".
Milli.Az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 3-cü turunda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Çalışdırıcı oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.
- Komandanız niyə qol vura bilmir?
- Fürsətlər var idi. Son oyunlarda bəxtimiz gətirmir. Son iki oyuna baxsaq, bu gün fərqli "Neftçi"ni gördük. Çox dinamik və ritmli komanda var idi. İlk saniyələrdən görünürdü ki, oyunçular qələbə qazanmaq üçün çıxıblar. Qol buraxandan sonra da sona kimi təzyiq etdik. Futbolçular qol vurmağa meyilli idilər. İkinci hissədə "qırmızı" aldıqdan sonra planlar pozuldu. Amma burada da müdafiəçilərimiz çox soyuqqanlı iş gördülər. Deyə bilərik ki, qapımızda epizod görmədən uduzduq. Futbolçulara meydandakı istəyə və sürətə görə minnətdaram. Tələskənlikdən irəli gələn səhvlər oldu. Amma bu gün gördüm ki, yaxşı işlər görməyə qadirik.
- Erkən qol planlarınızı nə qədər pozdu? Qapıçını səhvə görə hansısa cəza gözləyir?
- Demək olar ki, ümumən rəqibə çox fürsət vermirdik. Reallıqdır ki, qapıçının səhvi oldu. Amma buna görə onu silməyəcəyik. Digər oyunçuların da səhvləri olur. İnanıram ki, Kenan digər çempionatlarda göstərdiyi kimi, bizdə də yaxşı çıxış edəcək. Bu gün onu cəzalandırmaq mövzusu yoxdur.
- Kenan Piriç "Şamaxı" ilə oyunda da səhv buraxmışdı. Düşünmürsünüz ki, gələcəkdə problemlər yaradacaq?
- Bunu düşünmürük. Hansısa oyunçunun üzərində durmaq istəmirəm. Hamının səhvi ola bilər. Günahı onun üzərinə atmaq komanda işi deyil. Biz onu qorumalıyıq. Bu gün Türkiyə Superliqasından oyunçu gətirmək asan deyil. Amma bunu bacardıq. Orada buraxdıqları qolların səbəbi ümumi komandanın çıxışı da ola bilər.
- Hazırda nəyi daha çox istəyirsiniz: baxımlı oyunu görmək, yoxsa yaxşı nəticəni?
- Bugünkü oyun bizim üçün siqnal və ümiddir, bəhanə deyil. Birinci hissədə oynamış oyunçuların performansında əskiklik var. Bu komanda çox yaxşı işlər görəcək. Yetərincə çox yaxşı futbolçular var, bunu bacaracaqlar. Sadəcə xal itirdikdən sonra nələr etdik, mənim üçün çətin olur demək. Komandama inanıram.
- "Qırmızı" epizodunu və Sambunun epizodlarını nəzərə alsaq, Əliyar Ağayev işinin öhdəsindən gəldi?
- Onun hansı səviyyədə hakim olması hamıya bəllidir. Bu gün oyunda hakimlərdən narazı qaldım. Penalti epizodunu indi izah edə bilmirəm. Rəqibə ikinci sarı vərəqə vermək olar. Məncə, bir tərəfə daha çox simpatiya edirlər. Heç xoşuma gəlmədi. Bizim əsəblərimizlə oynadılar. Qırmızı vərəqəyə gəldikdə, rəqib provokasiya etdi, amma Ribeyronun ixtiyarı yoxdur ki, provokasiyaya cavab versin. Onu da baxıb incələmək lazımdır. Əliyar orada gördüsə, qırmızı vərəqə qərarı verdisə, onun yanındayam, dəstəkləyirəm, inanıram. Mən digər məsələləri deyirəm. Biz özümüzü ev komandası kimi hiss etmədik. Dəhşətdir.
- "Neftçi" xallar itirməyə davam edir. Qorxmursunuz ki, bu, istefanıza səbəb ola bilər?
- Ola bilər. Futboldur.
- "Qarabağ"ı təbrik etməməkdə sizi qınayırlar... Azarkeşlər də sizi qınayırlar ki, niyə Samir bəy "Qarabağ"ı təbrik etməyib...
- Təbrik etsəm, "Qarabağ"ın rəqibi kimi digər azarkeşlər də qınayarlar ki, niyə rəqibi təbrik edirsən? Nəysə... Bütün məşqçilər təbrik edib? Klublar yox, məşqçiyə sual verirsinizsə, bütün məşqçilərdən danışın. Təbrik edən məşqçilərin qrupunda mən yoxam, onlardan xəbərim yoxdur. Mən "Qarabağ"ı təbrik edirəm.
- "Turan Tovuz" əvvəlki rəqiblərə nisbətən hücum futbolu oynayan komandadır. Məşqçi taktiki sxemi düzgün vermir, ya da futbolçuların səviyyəsi o deyil ki, qələbə qazana bilmirsiniz?
- Məşqçi taktikası ilə bağlı cavab vermirəm. Şəxsi fikirdir. Hörmətlə yanaşıram. İkinci məsələni qəbul etmirəm. Futbolçularımın səviyyəsi haqda cavab verim. İmkan vermərəm ki, danışsınlar. Yaxşı səviyyədədirlər. Bu gün eyni ssenari davam edirdi.
- Niyə komanda asmalar etmir? "İmişli" ilə görüşdə ilk asmanı 56-cı, bu gün isə 45+1-ci dəqiqədə etdiniz...
- Sako yüksək səviyyədə oynadı. Oyun üslubu var. Bu gün nəzərə alırıq ki, "Turan Tovuz"un üç o boyda müdafiəçisi var, başla oynayırlar. Rəqibdə 1.50-lik müdafiəçilər də olsa, bizim oyun üslubumuz tamam başqadır. Bu gün məşqlərdə bir şeyi tələb edirsənsə, oyunda başqa şey tələb etmək futbolçunu da yolundan çıxarır. Bu, sırf oyun üslubundan irəli gələn bir şeydir. /"Qafqazinfo"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kim Çen In Rusiya-Ukrayna müharibəsinin milyardlar qazanır
-
Xalq artisti özündən gözəl qızı ilə - (Fotolar)
-
Çin buna görə sürətlə inkişaf edib - (Video)
-
Ayrıldıqdan 8 ay sonra yeni sevgili tapdı - (Foto)
-
Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir
-
Bıçağın ucunda əlavə edin bəsdir, mürəbbəniz şəkərlənməyəcək
-
Pul qapıları açılır: Bu 4 bürc maddi rahatlığa qovuşacaq
-
Rəqsanənin əri ilə paylaşımı diqqət çəkdi - (Foto)
-
Maykl Cekson buna görə uşaqlarına maska taxdırıb - (Foto)
-
“Nyukasl” gürcü futbolçu üçün 47 milyon funt təklif edəcək
-
Üç bürc üçün şanslı həftə
-
Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər
-
Sindi Kroufordun qızı: "Cinlər məni təqib edirdi"
-
54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
-
Kamilə Babayevaya ağır itki
-
Şahruddin keçmiş klubuna qayıda bilər
-
Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl (Foto)
-
“Qarabağ” çempionata qələbə ilə başladı
-
“Neçə nəfəri öldürdüyümü xatırlamıram” - 10 ərini öldürən iranlı qadın
-
Tramp: İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verilməyəcək
-
Şəmkirdə ağır qəza - Ölənlərin sayı 6-ya çatdı - (Yenilənib)
-
Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi
-
Müğənni Zeynəb ərə getdi - (Foto)
-
Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi





