İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində 627 nəfər ölüb, 4870 nəfər yaralanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hüseyn Kermanpur sosial şəbəkə hesabında bildirib.
Məlumata görə, ən çox ölüm və yaralı sayı paytaxt Tehranda və Kirmanşah şəhərində qeydə alınıb.
Xatırladaq ki, İsrail 12 günlük münaqişədə 28 vətəndaşının öldüyünü, 1472 nəfərin isə yaralandığını açıqlamışdı.
Milli.Az