Kriminal

Bakıya oğurluğa gələn gürcülər tutuldu - FOTO

26 İyun 2025 13:22
Baxış: 660
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıya oğurluqlar etmək üçün gələn Gürcüstan vətəndaşları ifşa edilib.

Milli.Az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Xətai rayonunda oğurluq hadisəsində zərərçəkən şəxs polisə müraciət edərək mənzilindən 1300 manat pul və 30 min manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.

Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşları - 46 yaşlı Aleksandria Kakhaber, 48 yaşlı Rusia Slava, 40 yaşlı Sanikidze Davıtı və 58 yaşlı Sabirabad rayon sakini Fikrət Səlimov saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, naməlum şəxslər ard-arda bir neçə gün həmin ünvana gələrək orada yerləşən evləri müşahidə ediblər. Məhz həmin mənzildə heç kəsin olmadığını dəqiqləşdirəndən sonra içəri daxil olublar. Evi taladıqdan sonra isə qəsdən eyvanın qapısını qıraraq "izi" itirməyə, guya məhz bu yolla içəri daxil olduqları görüntüsünü yaratmağa çalışıblar. Dəstə üzvləri saxlanılmayacaqları təqdirdə oğurluq əməllərini davam etdirməyi öz aralarında planlaşdırıblar.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.