Tibbi sığorta şirkətini aldadaraq pul əldə etmək istəyən tayvanlı hər iki ayağını itirməli olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 24 yaşlı Tayvan vətəndaşı ayaqlarını 10 saat quru buzun içində saxlayıb.
O, hətta ayaqlarını buzdan çıxarmamaq üçün onları iplə bağlayıb. Lakin onun bu fırıldağının nəticəsi fəlakətli olub. Həkimlər dördüncü dərəcəli donma qeydə alıblar, gəncin hər iki ayağı amputasiya edilib.
Milli.Az