Mədəniyyət

Cahan Namazova Londonda keçirilən Golden Time Talent Festival ilk mükafatına layiq görülüb – VİDEO - FOTO

24 İyun 2025 09:36
Baxış: 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan rəssamı Cahan Namazova London Beynəlxalq İncəsənət və İstedad Festivalı - Golden Time Talent Festival  ilk mükafatına layiq görülüb. İki günlük tədbir dünyanın hər yerindən rəssamları və ifaçıları iki nüfuzlu məkanda - Triton Square və  The Shaw Theatre bir araya gətirdi, Layihə çərçivəsində Böyük Britaniya, Almaniya, Qazaxıstan, Polşa, Fransa, Türkiyə, İtaliya, Ukrayna, Litva, Gürcüstan və s.daxil olmaqla 25-dən çox ölkədən rəssamların əsərləri təqdim olunub. 150-dən çox iştirakçı öz istedadlarını təqdim etdi və festivala müxtəlif təhsil və sənət sahələrinin nümayəndələri qatıldı. Festivalda canlı şoular, konsertlər, mükafatlandırma mərasimləri və 14 ölkənin mütəxəssislərindən ibarət beynəlxalq münsiflər heyətinin işi yer aldı. Vokalçılar, rəqqasələr, instrumentalistlər və digər iştirakçılar səhnədə çıxış edərək yüzlərlə insanı istedadları ilə ilhamlandırdılar. 

"2024-cü ildə "Peace of mind" və "Mysterious Baku" rəsmləri ilə Golden Time Talent Festivalında iştirak edib və burada 2 və 3-cü yerləri tutmuşam. Bundan sonra məni Qran-pridə iştirak etməyə dəvət etdilər və burada "The basis of life" heykəltəraşlıq installyasiya  ilə birinci yerə layiq görülmüşəm. Mükafatlandırma mərasimi çərçivəsində Londonda "Reflection of the soul" əsərimi rəssamların ekspozisiyasında təqdim olunub. Bu, sadəcə müsabiqə deyil, əsl beynəlxalq istedad, mədəniyyət və yaradıcılıq bayramı idi", - Cahan Namazova bildirib. 

Mükafatlandırma mərasimi The Shaw Theatre keçirilib. Finalçılar Britaniya diplomları, kuboklar və gələcək sərgilərə, çıxışlara və Top World Talents kataloquna eksklüziv dəvətnamələr aldılar. 

Cahan Namazova Azərbaycan Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsinin məzunu, keramika müəllimidir. "Cahan Сeramic" brendin yaradıcısı. Bir çox respublika və beynəlxalq sərgi və müsabiqələrdə iştirak etmişdir. Dost İnklüziv Inkişaf və Yaradıcılıq Mərkəzində keramika üzrə baş mütəxəssis.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.