Mədəniyyət

İmadəddin Nəsiminin qohumları Şamaxıda - FOTO

24 Sentyabr 2025 17:38
Baxış: 2 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi festivalının iştirakçıları sırasında görkəmli şair İmadəddin Nəsiminin nəslinin nümayəndələri də var.

Milli.Az xəbər verir ki, bu gün şairin qohumları Şamaxıda Şahxəndan türbəsində olublar. İmadəddin Nəsiminin qardaşı Şahi Xəndanın qəbri olduğu türbə - Şahxəndan türbəsi Azərbaycanın orta əsr abidələri sırasında memarlıq üslubu və tarixi mahiyyəti ilə fərqlənir.

Heydər Əliyev Fondu tərəfindən 2019-cu ildə "Nəsimi ili" çərçivəsində Şahxəndan qəbiristanlığında olan türbənin ətrafında geniş abadlaşdırma işləri aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.