İdman

"Qarabağ" - "Kopenhagen" oyununun hakimləri açıqlandı

26 Sentyabr 2025 17:15
Baxış: 508
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

UEFA Gənclər Liqasının əsas mərhələsinin II turunda Bakıda "Qarabağ"la Danimarkanın "Kopenhagen" komandası arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qarşılaşma Belarusdan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Amin Kurqxeli olacaq. Ona yan xətt hakimləri Yuri Xomçanka və Viktor Qeçikov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, oyun sentyabrın 30-da "Azersun Arena"da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.