"Bu gün Opera və Balet Teatrında "Leyli və Məcnun" tamaşasına baxmağa gələnlərin 70 faizi gənclərdir. Bu, muğam operası olduğuna görə dərk etmək çətindir". Bunu "Azadinform"a açıqlamasında xalq artisti, professor Mənsum İbrahimov deyib. Sənətkarın sözlərinə görə, son illər muğama olan kütləvi maraq artıb: "Bir ara şou musiqisi bizə çox ayaq açdı. Tək Azərbaycanda deyil, bütün dünyada belədir ki, birinci yüngül və lazımsız musiqiçilər dəbə minir.
Bir ara deyirdilər ki, muğamın dinləyiciləri orta və yaşlı nəsildir. Amma bu gün muğamın dinləyiciləri eyni zamanda gənclərdir. İndi muğama kütləvi maraq çox böyükdür. Gənclər bu gün muğam sənətinə axınla gəlir, 3 muğam müsabiqəsindən 60-a qədər gənc tanındı. Hər muğam müsabiqəsindən 20 gənc seçildi və xalqa təqdim edildi".
Bununla yanaşı, sənətkar müəyyən bir dövrdə muğam sənətinin unudulma təhlükəsi ilə üz-üzə gəldiyini də etiraf edib. Mənsum İbrahimov milli musiqimizlə pul qazanmaq istəyənlərə də məsləhət verdi: "Sadəcə olaraq, muğamı dirçəltmək və yaxşı ifaçıları xalqa çatdırmaq lazım idi. Muğamın inkişafı indi çox yüksək səviyyədədir.
Bu gün muğam intibah dövrünü yaşayır. Dövlət qayğısı, dəstəyi olmasa, muğam inkişaf edə bilməz. Muğam ağır, çətin, ciddi janr olduğuna görə pul gətirən sahə deyil, əksinə, başqa yerdən pul qazanıb bura qoymaq gərəkdir. Çünki muğam mənəviyyatdır, mənəviyyatdan heç vaxt pul qazanmaq olmaz. Muğam millətimizin mənəviyyatıdır".
Xalq artisti muğamın daha yüksək səviyyədə təbliğə ehtiyacı olduğunu düşünür: "Musiqini anlayan, ziyalı insanları bir qırağa qoyuram, ümumi kütlənin zövqü tərbiyə olunmalıdır. Bunu isə telekanallar, jurnalistlər, musiqiçilər etməlidir. Burada ifaçıların üzərinə çox böyük iş düşür".
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanın xalq artistindən sərt açıqlama: "Muğamdan pul qazanmaq olmaz"
17 Avqust 2012 19:32
0 Şərh
Baxış: 905

DİGƏR XƏBƏRLƏR
-
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib - FOTO
-
“Su və Pələnglər Sirki” - Circus Sea Breeze səhnəsində bu yay Bakının ən möhtəşəm sirk hadisəsi!
-
“Orqan musiqisi axşamı” adlı konsert keçirilib - FOTO
-
"Xalçaçı Günü"nə həsr olunmuş mükafatlandırma mərasimi keçirilib - FOTO
-
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş konsert keçirilib – FOTO
-
“O olmasın, bu olsun“ tamaşasını nümayişi olacaq - əsas rolda Azər Zeynalov
XƏBƏR LENTİ
-
Qəza zamanı yol infrastrukturuna dəyən zərəri kim ödəməlidir? - VİDEO
-
Qısa müddətdə necə arıqlamaq olar - AÇIQLAMA
-
“Aysunun mənə qarşı sevgisi azalıb” - VİDEO
-
5 il sonra bu şəxslər işsiz qalacaq
-
Robot "əsəbiləşib" insanlara hücum etdi - VİDEO
-
Rihanna yenidən hamilədir - FOTO
-
Alçanı duzlayıb yeyənlərə vacib xəbərdarlıq
-
Əzələ üçün istifadə edirlər, amma orqanları sıradan çıxarır - Ciddi xəbərdarlıq
-
Yeni ixtisaslar hansı universitetlərdə tədris ediləcək? AÇIQLAMA
-
Basketbol oynadı, gündəm oldu - VİDEO
-
Bu kənd məktəbi olimpiadada bu il də rekord nəticə göstərdi
-
Rusiyada bu azərbaycanlıya 14 il həbs cəzası verildi
-
Vəkil olmaq istəyirmiş... - VİDEO
-
Ərdoğan Fülya Öztürkü təltif etdi
-
Ukraynanın Moskvaya PUA hücumu aləmi bir-birinə qatdı
-
Günün qoroskopu: Təzyiqə cavab vermədən müşahidə edin
-
Bu yol ikinci dəfə çökdü - VİDEO
-
Bakının bu hissəsində işıq olmayacaq
-
"Rəşadın balaları olmasaydı, onu bağışlamazdım"
-
"Ankara nə Rusiya ilə münasibətləri pozmaq, nə də Ukraynanı tək qoymaq istəyir"
-
"Kurtlar Vadisi"nin məşhur aktrisası görün indi nə işlə məşğuldur - FOTO
-
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib - FOTO
-
9 mərtəbəli binanın 8-ci mərtəbəsində biabırçı vəziyyət hökm sürür
-
"Bütün Bakı bu geyimdə gəzir"