Dünya

Daha bir ölkə müharibəyə hazırlaşır

6 May 2025 14:30
Baxış: 1 816
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə savaşa hazırlaşır.

Milli.Az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

İngiltərə hökuməti Rusiyanın hərbi hücumlarına qarşı hazırlıq üçün 20 illik təcili vəziyyət planını yeniləmək qərarına gəlib. Qəzetin məlumatına görə ölkə rəhbərliyi Kremlin potensial hücum ehtimalına qarşı tədbirlər almağa başlayıb və yeni planda ilk dəfə kiber hücumlar da nəzərə alınacaq.

Plan daxilində hökumət müharibə elanına necə reaksiya verəcəyi, kabinet və krallıq üzvlərinin necə qorunacağı və ölkənin ehtiyat resurslarının necə idarə olunacağı kimi məsələlər yer alır. Bu tədbirlər xüsusilə, İngiltərənin Rusiyaya və müttəfiqlərinə qarşı silah üstünlüyü ilə bağlı artan narahatlıqları da əhatə edir. Hökumət rəsmiləri, ölkənin müdafiə imkanlarının kifayət etmədiyini və təhlükəsizlik zəifliklərini aradan qaldırmaq üçün yeni strategiyalar hazırlayır.

İngiltərə mütəxəssisləri ən böyük təhlükə olaraq ölkənin infrastrukturunun zərər görməsini və enerji təminatının pozulmasını görürlər. Yanacaq məntəqələri, atom-elektrik stansiyaları və digər strateji obyektlər, hərbi hücumların əsas hədəfi ola bilər. Bu səbəbdən "Vətəni Qoruma Planı" adlı yeni layihə hücumdan sonrakı ilk günlər üçün detallı müdafiə strategiyası təklif edir. Bu plan daxilində raket və nüvə hücumlarına qarşı necə müdafiə olunacağı və eyni zamanda kiber hücumlar üçün xüsusi tədbirlər nəzərdə tutulub.

Müxtəlif dövlətlərin infrastrukturunu hədəf alan və ölkənin bütün işlərini iflic edən kiber hücumların bu qədər ciddi təhdidə çevrilməsi İngiltərənin də müdafiə strategiyasını dəyişdirib. Bu dəfə planın bir hissəsi olaraq kiber hücumlar yer alacaq. Bu, İngiltərənin hərbi müdafiə planları baxımdan ilkdir. Bu, ölkənin müxtəlif sistemlərini qorumaq üçün yeni texnoloji hazırlıqlar tələb edir.

Başqa bir mühüm məqam isə İngiltərənin özünə aid hava müdafiə sistemini yaratmağı planlaşdırmasıdır. Rəsmilər bu müdafiə sisteminin ölkəni havadan gələn hücumlardan qorumaq üçün vacib olduğunu bildirirlər. Eyni zamanda, İngiltərənin hava hücumlarına qarşı mübarizə imkanlarının inkişaf etdirilməsi tələb olunur. Mütəxəssislər Rusiyanın Ukraynada apardığı müharibə zamanı tətbiq etdiyi hava hücumlarının İngiltərəyə qarşı eyni şəkildə tətbiq olunacağı təqdirdə ölkənin hava müdafiə sistemlərinin və strateji obyektlərinin çox asanlıqla darmadağın olacağını qeyd edirlər.

Bu planın məqsədi yalnız hücumlara qarşı hazırlıq deyil, eyni zamanda İngiltərənin müharibə və müstəqil fəaliyyətlərdə gücünü artırmağı da hədəfləyir. İngiltərə hökuməti silah gücünün artırılması və müdafiə infrastrukturunun inkişaf etdirilməsi ilə yanaşı, həm də ölkə daxilindəki sosial və siyasi təsirlərə qarşı hazırlıqlı olmağı hədəfləyir.

İngiltərənin bu yeni planı həm daxili, həm də beynəlxalq səviyyədə böyük narahatlıq doğurur. Bu, yalnız müdafiə gücünü artırmaq deyil, eyni zamanda Rusiyanın siyasətinə qarşı ciddi strateji addım kimi qiymətləndirilir.

İslam
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.