"Ankara nə Rusiya ilə münasibətləri pozmaq, nə də Ukraynanı tək qoymaq istəyir"
ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mayın 5-də telefon danışığı olub. Telefon danışığı zamanı Ərdoğan Türkiyənin ABŞ ilə bir çox sahədə, xüsusilə də müdafiə sənayesində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini bildirib. Ərdoğan Trampın müharibələrə son qoymağa mövqeyini dəstəklədiyini, İranla danışıqlar prosesini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərilən səyləri yüksək qiymətləndirdiyini bildirib.
Həmçinin dövlət başçıları Qəzza ilə bağlı fikir mübadiləsi aparıblar. Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünü qorumaq və sabitliyi təmin etmək üçün səylər göstərdiyini diqqətə çatdırıb. Ərdoğan, həmçinin həmkarını Türkiyəyə dəvət edib.
Milli.Az xəbər verir ki, bu Trampın ikinci dəfə hakimiyyətə gəlməsindən sonra liderlərin ilk telefon danışığıdır. Yayılan məlumatdan da aydın olur ki, müzakirə məhsuldar və səmərəli olub.
Mövzunu şərh edən siyası ekspert Kənan Novruzov bildirib ki, Türkiyə və ABŞ bir çox məsələ ilə bağlı fikir ayrılığına baxmayaraq, iki NATO müttəfiqi kimi münasibətlərin kəskinləşməsində maraqlı deyil. Bu, dövlət başçılarının ritorikasından hiss olunur:
"Qlobal geosiyasətlə bağlı ABŞ və Türkiyənin mövqeyi əslində aşağı - yuxarı eynidir. Hər iki dövlət mümkün qədər çalışır ki, müharibəni dayandırsın və potensial savaşların qarşısını alsın. Bu mənada Türkiyə Ərdoğanın da dediyi kimi, ABŞ-nin səylərini dəstəkləyir. Şərqi Avropada savaşın davam etməsi nə Ankaraya lazımdır, nə də Vaşinqtona. Əksinə, hər iki tərəf müharibənin bitməsində maraqlıdır. Bu mənada tərəflərin bundan sonra atəşkəs istiqamətində koordinasiyalı davranmaları və səylərini birləşdirmələri gözləniləndir. Məlum olduğu kimi, Ankara Kiyev və Moskva arasında neytral mövqeyə sahibdir. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsinə baxmayaraq, Rusiya ilə münasibətləri də pisləşdirməkdə maraqlı deyil. Odur ki, ABŞ-nin məsələyə yanaşması Türkiyəni qane edir.
Qəzza məsələsi ilə bağlı isə tərəflərin konsensus əldə etməsi daha çətindir. Belə ki, İsrail Qəzzanı darmadağın edir. Türkiyə Yaxın Şərqdə baş verənlərdə barışmır. Əgər ABŞ İsrailə "qırmızı işıq yandırsa" gərginlik xeyli dərəcədə azala bilər. Amma Vaşinqton hələ ki, bunu etmir. Bu, İsrailə hücumlarını intensivləşdirməyə şərait yaratmaqla yanaşı, həm də Ankaranın narazılığına səbəb olur.
Suriya məsələsində Ankaranın mövqeyi kifayət qədər konkret və qətidir. Türkiyə Suriyada heç bir üçüncü gücə, o cümlədən ABŞ-yə güzəştə getməyəcək".
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıdakı dəbdəbəli toy diqqət çəkdi - (Foto-Video)
-
Saç qaynağının gizli təhlükəsi





