Dünya

İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı

13 Sentyabr 2026 10:23
Baxış: 200
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İndoneziyada göyərtəsində 241 sərnişinin olduğu gəmi ilə əlaqə kəsilib, axtarışlara başlanılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, İndoneziyanın Şərqi Yava əyalətində yerləşən və ölkənin ikinci ən böyük şəhəri olan Surabayadan Cənubi Kalimantan əyalətinin yerləşdiyi Şərqi Yavadan Borneo adası istiqamətində hərəkət edən gəmi ilə əlaqə kəsildikdən sonra xilasedicilər axtarış əməliyyatına başlayıblar.

Cənubi Kalimantan əyalətinin paytaxtı Banjarmasində yerləşən Axtarış və Xilasetmə İdarəsi bildirib ki, Surabayadan Banjarmasin şəhərinə gedən "Virgo Transport 8" gəmisi ilə əlaqənin kəsilməsi barədə məlumat daxil olub.

İlkin məlumata görə, gəminin son məlum mövqeyi Banjarmasindəki körpüdən təxminən 148 kilometr (92 mil) aralıda, Yava dənizində olub. Gəminin manifestində onun göyərtəsində 241 sərnişinin olduğu göstərilir.

Hazırda ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.

Banjarmasindəki xilasetmə agentliyinin əməliyyatlar üzrə rəhbəri Arianto Ardi gəmi ilə əlaqənin kəsildiyini təsdiqləyib və xilasedicilərin əraziyə göndərildiyini bildirib. Trisakti ərazisində əməliyyat qərargahı yaradılıb.

İlkin məlumata görə, gəminin operatoru gəminin əlverişsiz hava şəraiti ilə qarşılaşdığı barədə məlumat aldıqdan sonra hadisə barədə məlumat verib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.