İndoneziya sahillərində, Yava dənizində bərə qəzası nəticəsində ən azı altı nəfər həlak olub, daha 130 nəfərin axtarışları davam etdirilir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 107 nəfər təxliyə edilib. İndoneziyanın nəqliyyat naziri Dudi Purvaqandi gəminin aşdığını, lakin batmadığını bildirib.
xxx
Yava dənizində 243 sərnişin və heyət üzvünü daşıyan "Virgo Transport 8" gəmisində olan 103 nəfər müxtəlif gəmilərin köməyi ilə təxliyə edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xilas edilənlərdən biri həyatını itirib. Hazırda 140 nəfərin axtarışı davam edir.
xxx
İndoneziyada göyərtəsində 241 sərnişinin olduğu gəmi ilə əlaqə kəsilib, axtarışlara başlanılıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, İndoneziyanın Şərqi Yava əyalətində yerləşən və ölkənin ikinci ən böyük şəhəri olan Surabayadan Cənubi Kalimantan əyalətinin yerləşdiyi Şərqi Yavadan Borneo adası istiqamətində hərəkət edən gəmi ilə əlaqə kəsildikdən sonra xilasedicilər axtarış əməliyyatına başlayıblar.
Cənubi Kalimantan əyalətinin paytaxtı Banjarmasində yerləşən Axtarış və Xilasetmə İdarəsi bildirib ki, Surabayadan Banjarmasin şəhərinə gedən "Virgo Transport 8" gəmisi ilə əlaqənin kəsilməsi barədə məlumat daxil olub.
İlkin məlumata görə, gəminin son məlum mövqeyi Banjarmasindəki körpüdən təxminən 148 kilometr (92 mil) aralıda, Yava dənizində olub. Gəminin manifestində onun göyərtəsində 241 sərnişinin olduğu göstərilir.
Hazırda ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.
Banjarmasindəki xilasetmə agentliyinin əməliyyatlar üzrə rəhbəri Arianto Ardi gəmi ilə əlaqənin kəsildiyini təsdiqləyib və xilasedicilərin əraziyə göndərildiyini bildirib. Trisakti ərazisində əməliyyat qərargahı yaradılıb.
İlkin məlumata görə, gəminin operatoru gəminin əlverişsiz hava şəraiti ilə qarşılaşdığı barədə məlumat aldıqdan sonra hadisə barədə məlumat verib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)