Dünyada ən çox maaş alan lider odur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sinqapur Baş naziri Lorens Vonqun illik maaşı 15 oktyabrdan etibarən 64 faiz artırılaraq 3,6 milyon Sinqapur dollarına (təxminən 2,8 milyon ABŞ dolları) çatdırılacaq. Bununla da Vonq dünyanın ən yüksək maaş alan siyasi lideri statusunu qoruyacaq.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda illik 2,2 milyon Sinqapur dolları qazanan Vonqun yeni maaşı ABŞ Prezidenti Donald Trampın 400 min dollarlıq illik maaşından təxminən yeddi dəfə çox olacaq.
Sinqapur Parlamentində maaş artımı ilə bağlı müzakirələrə münasibət bildirən Vonq məsələnin həssas olduğunu vurğulayıb.
"Siyasi maaşlar həssas və emosional bir məsələdir", - deyə baş nazir bildirib və prosesin şəffaf şəkildə aparılacağını qeyd edib.
Maaş artımı ilə bağlı diqqətçəkən məqamlardan biri də Vonqun verdiyi qərardır. Baş nazir illik gəlirindəki 1,4 milyon Sinqapur dolları, yəni təxminən 1,1 milyon ABŞ dolları həcmində artımı növbəti beş il ərzində xeyriyyə təşkilatlarına bağışlayacağını açıqlayıb.
Yeni tənzimləmə yalnız baş naziri əhatə etmir. Yüksəkvəzifəli dövlət rəhbərlərinin maaşlarının ilkin mərhələdə 9 faizə qədər artırılması nəzərdə tutulur. Gənc nazirlərin illik gəliri isə 1,35 milyon Sinqapur dolları olacaq və performans göstəricilərindən asılı olaraq bu məbləğ 1,8 milyon Sinqapur dollarına qədər yüksələ biləcək.
Maaş reytinqlərinə görə, Honq Konq administrasiyasının rəhbəri illik 719 min dollarla ikinci, İsveçrə prezidenti isə 606 min dollarla üçüncü yerdədir. Britaniya baş nazirinin illik maaşı isə təxminən 230 min dollardır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib
-
Polşada terror aktı ilə bağlı beş nəfər saxlanılıb
XƏBƏR LENTİ
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib - (Foto/Video)
-
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
-
Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib
-
Polşada terror aktı ilə bağlı beş nəfər saxlanılıb





